Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019

4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019

7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019

21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.


RSS Feed

Xəbərlər

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib
04/04/2019

4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.


| Ətraflı


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib
07/03/2019

7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.


| Ətraflı


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib
26/02/2019

21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.


| Ətraflı


Təbrik edirik!
12/01/2019

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!


| Ətraflı


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib
10/01/2019

10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.


| Ətraflı


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib
20/12/2018

20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

| Ətraflı


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib
13/12/2018

13 dekabr 2018-ci il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"ndə "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dosenti, k.ü.f.d.F.V.Hacıyevanın "Nanohissəciklərin sintezi və stabilləşdirilmə yolları" adlı icmal məruzə ilə çıxışı baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin böyük elmi işçisi Flora Hacıyeva,nanohissəciklərin alınması üsulları, müasir sintez metodları, nanohissəciklərin stabilləşdirilməsinin əsas aspektləri barədə ətraflı və geniş şəkildə məruzə etmiş, sualları cavablandırmışdır.

| Ətraflı


BDU Web of Science-də lider universitet seçilib
07/12/2018

Bu gün Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib. Bakı Dövlət Universiteti Web of Science bazasına daxil olan jurnallarda ən çox məqalə dərc etdirən lider universitet nominasiyası üzrə qalib olub. AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-də birgə çap olunan və Web of Science Core Collection-də indekslənən Q1 jurnalları arasında yer tutan ”Applied and Computational Mathematics” jurnalı da mükafata layiq görülüb. Bundan əlavə, universitetin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Kimya fakültəsinin dosenti Ataş Qurbanov təbiət elmləri üzrə Web of Science-də ən məhsuldar müəllif nominasiyası üzrə qalib olublar. BDU-nun Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü, professor Nizami Həsənli, Ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşı Kamran Mahmudov isə Azərbaycan diaspora elminin inkişafı və dəstəyindəki xidmətlərinə görə mükafata layiq görülüblər.

| Ətraflı


Professor BDU-nun Nanoaraşdırmalar Mərkəzində mühazirə oxuyub
03/12/2018

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində Türkiyənin hərbi məhsulların istehsalı ilə məşğul olan Vestel Müdafiə Sənayesinin əməkdaşı professor Sadiq Quliyev mühazirə oxuyub. Professor-müəllim heyətinin iştirakı ilə keçirilən seminarı açan Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov  qonaq haqqında ətraflı məlumat verib. Bildirib ki, professor S.Quliyev 20 ildən artıqdır ki, Türkiyənin müxtəlif tədqiqat və sənaye mərkəzlərində çalışır və tətbiqi kimya sahəsində tanınmış alimdir. Onun əvvəllər SSRİ Elmlər Akademiyasının A.N.Frumkin adına Elektrokimya İnstitutunda, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərdiyini, məruzəsinin isə BDU-nun Nanoaraşdırmalar Mərkəzinin elmi istiqaməti baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra professor Sadiq Quliyev “Qatı oksid yanacaq elementləri” mövzusunda məruzə edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

| Ətraflı


BDU-nun professoru Vyanada STAR-NET-in iclasda çıxış edib
29/11/2018

Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. 10-dək ölkədən 25 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və həmin fakültənin dosenti Flora Hacıyeva təmsil ediblər. Professor Məhəmmədəli Ramazanov çıxışında şəbəkəyə üzv ölkələrin birgə beynəlxalq elm və təhsil qrantlarında iştirak etmələrinin önəmindən danışıb, müəyyən təkliflər səsləndirib. Müzakirələr zamanı nüvə texnologiyasının istifadəsinin ümümbəşəri əhəmiyyətindən, nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrların hazırlanmasından, BAEA-nın bu istiqamətdəki fəaliyyətindən danışılıb.

| Ətraflı


BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında
29/11/2018

Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Lalə Qəhrəmanlı, II kurs magistrantı İlyas Nəsibov və III kurs tələbəsi Jalə Məhəmmədova Gürcüstan Texniki Universiteti tərəfindən keçirilən “Nano-2018” adlı V Beynəlxalq Nanotexnologiyalar konfransında iştirak ediblər. BDU təmsilçiləri “Synthesis and properties of CdxZn1–xS nanoparticles by sonochemical method” , “Growth of CdxZn1–xS nanoparticles by layered sorption method of ions (SILAR method)” və “Optical properties of Ag doped CdS nanoparticles synthesized by sonochemical method” mövzularında məruzə ediblər. Məruzələr müxtəlif ölkələrdən olan iştirakçılarla aparılan müzakirələrdən və onları maraqlandıran suallara cavablardan sonra başa çatıb.

| Ətraflı


ELAN
19/11/2018

23 noyabr 2018-ci il saat 12:00 tarixində Nüşabə Nübarək qızı Hacıyevanın “Metal və onların oksidlərinin səthində radiasiya-stimullaşdırılmış heterogen proseslərin spektroskopiyası“ mövzusunda dissertasiya işinin aparıcı təşkilatda- “Nanomaterialların kimyəvi fizikası” kafedrasında müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilər.

| Ətraflı


BDU-nun professoru barədə biobiblioqrafik göstərici çap olunub
15/11/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, görkəmli alim, professor Məhəmmədəli Ramazanov barədə “Məhəmmədəli Əhməd oğlu Ramazanov – 60. Biobiblioqrafik göstərici” adlı kitab çap olunub. Kitabın elmi redaktoru və məsləhətçisi akademik Arif Həşimov, tərtibçi redaktoru Kəmalə Məmmədovadır. Biobiblioqrafik göstərici fizika və kimyanın müxtəlif sahələri üzrə elmi tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri və tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Qeyd edək ki, “Nurlar” nəşriyyatında çap olunan kitaba professor Rəna Qasımova və f.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli rəy veriblər.

| Ətraflı


BDU-nun gənc tədqiqatçıları Dubna şəhərində ezamiyyətdə olublar
08/11/2018

BDU-nun Fizika fakültəsinin əməkdaşları Rusiya Federasiyasının Dubna şəhərində keçirilən “Eksperimental Nüvə fizikasının qurğu və metodları” adlı gənc tədqiqatçıların IX Beynəlxalq payız məktəbində iştirak ediblər. Nanoaraşdırmalar Mərkəzinin kiçik elmi işçiləri Həbibə.Şirinova, Kənan Hüseynov və BDU Fizika Problemləri ETİ-nin “Yüksək enerjilər fizikası” qrupunun kiçik elmi işçisi Nərmin Hüseynova bir həftəlik ezamiyyətləri dövründə nəzəri kursla yanaşı praktik kurs keçib, müxtəlif ölkələri təmsil edən alimlərlə birgə elmi müzakirələrdə iştirak edibər.

 

| Ətraflı


Şərəfli və mənalı ömür
31/10/2018

İnsan ömrü çox qısadır. Bu ömrü ailəsi üçün, əhatəsində olan insanlar üçün və bütövlükdə xalqı üçün yaşayanlar xoşbəxtdirlər. Məhəmmədəli müəllim belə xoşbəxt insanlardandır.
Sizin ilin məxməri fəsli olan bu payız günündə 60 yaşınız tamam olur. 60 yaşın zirvəsindən baxdıqda arxada görülən , qarşıda isə görüləsi nə qədər işləriniz var. Öz səmimiliyiniz , sözün əsl mənasında , insanlığınızla Sizi əhatə edən insanların daima köməyinə çatmısınız.
Tələbə , magistr və doktorantlarınızın, elm dünyasına vəsiqə verdiyiniz əməkdaşlarınızın hər birinin qəlbində Siz böyük hərflərlə yazılan MÜƏLLİMSİNİZ!
Bu Yubiley, eləcə də , sizin ailənizin bayramıdır. Əhatənizdə həmişə səmimi dostların və həmkarlarınızın olması, Sizin onlara xeyirxah münasibətinizdən . təvazökarlıq və sadəliyinizdən xəbər verir.
Bu əlamətdar gün münasibəti ilə Sizi ürəkdən təbrik edirik! Sizə möhkəm can sağlığı , elmi fəaliyyətinizdə bol nailiyyətlər və daima sevənlərinizin əhatəsində olmağınızı arzulayırıq!
Daima zirvələrdə olun, Məhəmmədəli müəllim!

Hər zaman yanınızda olan "Nano" ailəsi adından...



| Ətraflı


Humanist insan, gözəl alim, xeyirxah dekan
31/10/2018

31 oktyabr 2018-ci il tarixdə M.Ramazanovun 60 yaşı tamam olur. Bu münasibətlə Fizika fakültəsinin dekanlığı, fakültə əməkdaşları, dostları, tələbə yoldaşları onu ürəkdən təbrik edir, ona cansağlığı arzulayırlar. Əminik ki, professor M.Ramazanov hələ bundan sonra da Azərbaycanda elm və təhsilin daha yüksək səviyyələrə qaldırılması istiqamətində aparıcı rol oyanamaqda davam edəcək, yeni-yeni nailiyyətlərlə bizləri-onu qəlbən sevənləri və hər kiçik uğurunu şadyanaqlıqla qarşılayanları sevindirəcəkdir.

| Ətraflı


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib
19/10/2018

BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib. Elmi seminarda Mərkəzin əməkdaşı , əslən Cənubi Koreyadan olan, aparıcı elmi işçi, fəlsəfə doktoru Jiseok  Kim  “Biomedical and electronic applications with nanomaterials” (Nanomateriallarla biotibbi və elektronik tətbiqlər )  mövzusunda çıxış edib. O, apardığı elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış edib, seminar iştirakçılarının suallarını cavablandırıb , onların təklif və iradlarına münasibət bildirib.

Qeyd edək ki, Nanoaraşdırmalar Mərkəzində bu il fəaliyyətə başlayan Kim Jiseok bakalavr səviyyəsi üzrə təhsilini Türkiyədə, magistratura səviyyəsini Cənubi Koreyada, doktoranturanı isə Kanadada bitirib . Seminarda Nanoaraşdırmalar Mərkəzinin əməkdaşları, doktorantları və tələbələr iştirak ediblər.

| Ətraflı


Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasında növbəti Elmi seminar keçirilmişdir
11/10/2018

Kafedranın dissertantı Hümbətov Şirxan Ərəstun oğlu dissertasiya işində nəzərdə tutulmuş elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış etmişdir. Hümbətov Şirxan Ərəstun oğlu “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim etmişdir. Sonda seminar iştirakçılarının sualları cavablandırılmış, onların təklif və iradlarına dair müzakirələr aparılmışdır.

| Ətraflı


BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub
21/09/2018

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laborotoriyasının elmi işçisi, doktorant Almara Rəhimli iyun-sentyabr ayları ərzində Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində tədqiqat işi aparıb. Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu və BDU tərəfindən maliyyələşdirilib.

Tədqiqatçı üç aylıq elmi ezamiyyəti müddətində kolloidal silisium nanohissəciklərinin səthinin yeni metodla polimerlə örtülməsi, xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olaraq əhəmiyyətli nəticələr əldə edib.

Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

| Ətraflı


ELAN
27/06/2018

Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər!

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |