Search

Axtarış

Kafedranın fəaliyyəti

"Nanomaterialların kimyəvi fizikası" kafedrası 2006-cı ildə yaradılmışdıtr. Kafedra nanotexnologiyanın nanofizika, nanokimya və nanobiotexnologiya istiqamətləri üzrə elmi-tədqiqat işləri aparır. Kafedra nanotexnologiya sahəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə görə əsas elmi mərkəzlərdən biri kimi tanınmışdır. Nanotexnologiya fənlərarsı elmi sahə olduğundan o fizika, kimya, biologiya və materialşünaslıq elmlər arsı körpü rolunu oynayır.

Kafedranın nəzdində “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri”  ETL fəaliyyət göstərir.  “Nano araşdırmalar laboratoriyasın”da kafedralar arası tədqiqatlar və akademik fəaliyyət mövcüddur. Müxtəlif fakültələrdən olan tələbələr bu laboratoriyadan faydalanır. Elmi-tədqiqatların əsas məqsədi nanoquruluşlu və həcmi materiallar arasında təbii və dəqiq fərqi müəyyən etməkdir. Kafedra nanofizika, nanokimya, nanobiotexnologiya və nanotoksikoloyiyanın aşağıdakı elmi istiqamətləri üzrə tədqiqat aparır:

1. Yaddas qurğuları üçün maqnit-dielektrik, maqnitorezistiv nanokompozisiyaların alınması və  onlarda fazalararası qarşılıqlı təsirin rolunun tədqiqi

2.Yeni foto-, elektro-, termolüminessent kompozisiyaların alınması və tədqiqi
3. Nanotexnologiyanın neftçıxarmada və neftayırmada tədbiqi
4. Hüceyrə  membranları ilə nanohissəciklərin qarşılıqlı təsir mexanizminin tədqiqi, nanotoksikologiya

5. Antimikrob, antiseptik xassələrə malik nanohissəciklərin alınması və tibbdə tətbiqinin araşdırılması

6. Atom və molekulların elektron quruluşunun fiziki-kimyəvi xassələrinin kvant mexaniki metodlarla hesablanması

7. Polifunksional birləşmələr əsasında nanokompozitlərin sintezi və xassələri
8. Nizamlı düzülüşlü karbon nanoborularının alınması və elektrofiziki xassələrinə qamma şualarının təsiri.

9. Ağır nüvələrin təsiri ilə polimer matrisada yaradılmış nanoborularda yarımkeçirici kvant naqıllərinin işlənməsi

Kafedra TEM 030012 Atom və molekul fizikası və TEM 030032 Nanohissəciklərin fizikası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan elmi mərkəz kimi fəaliyyət göstərir.

Kafedra fizika fakultəsində  bakalavr pilləsində “Nanohissəciklərin fizikası”, kimya fakultəsində bakalavr pilləsində “Nanokimyanın əsasları” , “Kvant kimyası”  magistr pilləsində “Nanohissəciklərin və nanomaterialların fiziki-kimyası”,   biologiya fakultəsində  “Nanobiotexnologiya”, “Ekologiya və torpaqşünaslıq” fakültəsində magistr pilləsində “Nanotexnologiyanın ekologiyada tətbiqi” müasir fənləri tədris edir.

Hal-hazırda kafedra tədris və elmi-texniki işləri müasir səviyyədə aparmaq üçün AFM NTegra Micro40, AFM Nano Educator, Fluorescence spectrophotometer  Cary Eclipse, Сцинтиляционный гамма-спектрометр «Прогресс-Гамма»,  Дозиметр-радиометр МКС-АТ1125,  МКС-АТ1125А,  Радиометр радона «Альфарад», Спектрометр МКС-АТ6101 ,  Дозиметр ДКС-АТ1121,  Дозиметр  индивидуальный ДКГ-РМ1621, Gartin GPS Navigator,  Furye Spectrofotometr Varian 3600 FT-İR, UV-Vis  spektrometr -Specord 250 PLUS  (Analytik Jena), High İntensity Ultrasonic Liquid Processors -VCX 500, Измеритель  Иммитанса   -   МНИПИ  Е7-20, Mikroskop - Motic AE30/31 İnverted Microscope, Dissolved Oxygen [email protected] Electrode, Micropipette Puller  PC-10, Dual High Impedance amplifier FD223A, Micropipette Beveler 1300M, Double-Holder Micromanipulator MD4L, Fiber Optic Illuminator  PL3000, pH Meter, pH electrode, Temp.Probe  220V AC müasir texniki vasitələrə malikdir.

 

2006-2013-illərdə 4 dərslik, 4 dərs vəsaiti, 4 kitab, 207 məqalə (respublikada 85, xaricdə 122) nəşr olunmuş və 4 patent alınmışdır. 1 elmlər doktoru, 2 fəlsəfə doktoru müdafiə etmişdir.

Kafedra  MDB ölkələrinin və Avropa  İtifaqi ölkələrinin uyğun elmi-tədqiqat müəssisələri və universitetləri ilə elmi əlaqələr saxlayır və əməkdaşlıq edir və birlikdə beynəlxalq konfranslar təşkil edir.

Bookmark and Share