Search

Axtarış


Təbrik edirik!

12/01/2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019
10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018
20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

05/06/2017

Bakı Dövlət Universitetində  son  zamanlar  orta  məktəblərin istedadlı şagirdlərinin respublika  və beynəlxalq  olimpiadalara  hazırlanması istiqamətində ciddi işlər görülür. 2008-ci  ildən mütəmadi olaraq  BDU-nun Nano Araşdırmalar laboratoriyasında  Respublikanın orta məktəblərinin içərilərindən seçilən istedadlı şagirdləri beynəlxalq olimpiadalarda uğurla iştirak edərək müstəqil Azərbaycanın bayrağını ən yüksək yerlərə qaldırırlar.  Bu il yenə də Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında  prof. M.Ə.Ramazanov  və dosent İ.S.Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş,  Bakı Avropa Liseynin  X R1 sinif şagirdi  İbrahimova Fidan Qasım qızının Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda elmi tədqiqat layihəsi Türkiyənin İstanbul  şəhərində 23  - 25 may 2017-ci il tarixində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında  təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 layihə içərisindən qalib hesab edilərək 1-ci yerə layiq görülmüş və  mükafatlandırılmışdır.

Bookmark and Share