Search

Axtarış


05 aprel 2017-ci il tarixində BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir

05/04/2017
İclasda elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü A.Kazımzadə BDU-nun 2016-cı il üçün elmi hesabatını təqdim etmişdir. Hesabatdan sonra xüsusilə fərqlənmiş fakültə, kafedra və alimlər mükafatlandırılmışlr. 2016-cı ildə elmi-tədqiqat işlərində uğurlu nəticələr əldə etdiyinə görə Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası Bakı Dövlət Universiteti üzrə “İlin kafedrası” adına layiq görülmüşdür.

Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara BDU-nun Nano Araşdırmalar Laboratoriyasında məruzə ilə çıxış etmişdir

03/03/2017
2 mart 2017-ci il tarixində BDU-nun Fizika fakültəsinin Nano Anaraşdırmalar laboratoriyasına Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara gəlmişdir. Prof. Hirotaka İharanı Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov salamlayaraq bildirmişdir ki, Kumamoto ilə artıq 1 ildən artıqdır ki, sıx elmi əlaqələr qurulmuşdur və artıq ikinci professordur ki, Nano Araşdırmalar Mərkəzinə gəlir.

Təhsil Nazirliyinin Elmdən Təhsilə layihəsi çərçivəsində həyata keçirilən Novruz mühazirələrinin növbəti görüşü Bakı Dövlət Universitetində olub

28/02/2017
Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində həyata keçirilən “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində olub.Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb, bayram günlərində cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkür edib. Ötən müddət ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalara diqqət çəkən rektor “Kiçik zərrəciklərin böyük qüdrəti: nanotexnologiyalar” mövzusunda mühazirə demək üçün sözü BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti  Flora Hacıyevaya verib.

08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir

08/11/2016

 

08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. Fakültənin dekanı prof. M.Ə.Ramazanov iclası açıq elan etdikdən sonra  iclasda iştirak edən BDU-nun Tədris-Metodiki Şurası nümayəndələrinə və digər qonaqlara  Şuranın işində iştirak etdikləri  üçün öz təşəkkürünü bildirdi. Sonra Elmi Şura iclasının gündəliyinə daxil olan birinci məsələ-“Fizika Fakültəsi Tədris-Metodiki Şurasının 2015/2016-cı Tədris ili üçün  Hesabatı” üzrə  həmin Şuranın sədri prof. Ə.Ş.Abdinovun məruzəsi dinlənildi.

Məruzəçi öz çıxışında qeyd etdi ki, Fizika  fakültəsinin Fakültə Elmi Şurasının iclasında seçilmiş və Universitet Rektorunun 28.12.2015-ci il tarixli 2/665 №-li  Əmri ilə  səlahiyyətliliyi təsdiq olunmuş Bakı Dövlət Universiteti Fizika fakültəsinin  sədr və  6 nəfər üzvdən ibarət Tədris-Metodiki Şurası (TMŞ) birinci iclası müəyyən hazırlıq, tanışlıq, məsləhətləşmələr prosedurlarından  sonra- 11.01.2016-cı il tarixdə keçirilib. Həmin iclasda TMŞ-nın strukturu müəyyənləşdirilib, “Əsasnamə»sinin   və 2015/2016-cı tədris ilinin ikinci yarısı  üçün “Iş planı”nın layihələri müzakirə olunub- bəyənilərək təsdiq olunmaq üçün Fizika fakültəsinin Elmi Şurasına təqdim edilib.  Hər iki sənəd Fizika fakültəsinin Elmi Şurasınınnın 14.01.2016-cı il tarixli (protokol № 01) iclasında təsdiq olunub. TMŞ özünün hesabat dövrü ərzindəki sonrakı fəaliyyətini həmin «İş planı» üzrə və təsdiq olunmuş «Əsasnamə»nin müddəalarına uyğun şəkildə qurmuşdur. Özünün 45-50 dəqiqəlik hesabat məruzəsində prof. Ə.Ş.Abdinov ötən yarım il ərzində TMŞ-nin gördüyü işlər barədə iclas iştirakçılarına maraqlı məlumatlar verdi. Məruzəçi qeyd etdi ki, fakültədə iki ixtisas üzrə tədris olunan fənlərin hər biri üçün vahid məzmunlu və bütün fənlər üçün vahid formaya (struktura) malik olan 104  baza “Fənn proqramı”nın  elektron və kağız variantında layihəsi azərbaycan dilində hazırlandı. Onun məruzəsi ətrafında geniş müzakirə aparıldı. Müzakirədə iştitrak edənlər (prof.R.C.Qasımova, dos.M.R.Rəcəbov, prof.Ş.Əsgərov, prof.Y.Q.Nurullayev) fakültə TMŞ-nın fəaliyyətinin vacibliyi qeyd etdilər. Fakültənin dekanı prof M.Ə.Ramazanov və BDU-nun Tədris-Metodiki Şurasının nümayəndələri dos.V.Qasımov, prof.L.Qasımova və başqaları məsələ ilə bağlı öz fikirlərini söylədilər və hesabatı çox yüksək qiymətləndirdilər. Tədris-Metodiki Şuranın 2015/2016-cı Tədris ili üzrə hesabatı yekdilliklə qənaətbəxş qədul olundu.

Sonra cari məsələlər müzakirə olundu.

 

Bakı Dövlət Universiteti Fizika fakültəsi Tədris Metodiki Şurasının 2015/2016-cı tədris ili üzrə HESABATI

 

Bookmark and Share