Search

Axtarış


Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxua Nanoaraşdırmalar mərkəzinin qonağı olmuşdur

07/02/2017
Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Görüş çərçivəsində səfir Nanoaraşdırmalar mərkəzinin də qonağı olmuş , laboratoriyada aparılan elmi tədqiqat işləri ilə yaxından maraqlanmışdır.

İran Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi Nanotexnologiya Mərkəzinin qonağı olmuşdur

18/01/2017
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi və İranın Azərbaycandakı səfirliyi nəzdindəki İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində olublar. Qonaqlar BDU-nun  laboratoriyaları, o cümlədən Nanotexnologiya Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra rektor, akademik Abel Məhərrəmovla görüşüblər.  Rektor İran-Azərbaycan münasibətlərindən, o cümlədən İran İslam Respublikasının bir sıra universitetləri ilə uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib, nonotexnologiya və biotexnologiya  sahəsində birgə tədqiqatların aparılmasından, dərsliklərin hazırlanmasından danışıb.

Fizika fakültəsinin doktorantları Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər

18/11/2016
MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB   ölkələrinin   Nanotexnologiya   üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında 16.10.2016 - 15.11.2016-cı il tarixlərində 9 MDB ölkəsindən 20 gənc tədqiqatçı alim seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə  proqramı”-nda iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçmişlər.

17 dekabr 2015-ci il tarixdə BDU-nun Fizika fakültəsində FİZİKANIN AKTUAL PROBLEMLƏRİ VIII RESPUBLİKA ELMİ KONFRANSI keçirilib

18/12/2015

17 dekabr 2015-ci il tarixdə BDU-nun Fizika fakültəsində «FİZİKANIN AKTUAL PROBLEMLƏRİ» VIII RESPUBLİKA ELMİ KONFRANS keçirilmişdir. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Fizika fakültəsinin nailiyyətlərindən danışaraq qeyd etdi ki, Fizika fakültəsi Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakültədə 9 kafedrada 83 professor müəllim heyəti çalışır və onlardan 24 elmlər doktoru, 25-i professordur. Fakülltə alimlərinin elmi əsərləri dünyanın aparıcı elmi nəşriyyat arında dərc edilir. Yalnız bir faktı qeyd etmək yerinə düşər ki, 2014-cü ildə Universitet fizikləri cəmi 51 məqalə Tomson Reyter Agentliyinin (37 məqalə Fizika fakültəsi) sırasına daxil olan jurnallarda dərc etdirmişlər. Bu BDU üzrə bu jurnallarda dərc edilmiş məqalələrin 30%-ni təşkil edir. Fakültədə 956 bakalavr, 80 magistr, 33 doktorant təhsil alır. Fakültədə yaradılmış elmi mühit gənclərin elmə gəlməsinə şərait yaradır. Fakültədə ayda 2 dəfə magistrlərin seminarı, ayda bir dəfə professor müəllim heyətinin elmi seminarı keçirilir.O qeyd etdi ki, konfrasda 70 məruzə dinləniləcək və bu məruzənin 2-si plenar iclasda dinlənəcək. Konfransın işində respublikanın 15 Ali təhsil və elm ocaqlarının əməkdaşlarının məruzələri məruzə ediləcək. Plenar iclasdan sonra konfrans öz işini 4 bölmədə nəzəri fizika və astrofizika (13 məruzə), bərk cisimlər və yarımkeçiricilər fizikası (17 məruzə), fiziki elektronika (18 məruzə), nanotexnologiyalar və molekulyar fizika(22 məruzə) davam etdirmişdir.

Bookmark and Share