Search

Axtarış


ELAN

27/06/2018
Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər!

Gənc alimlər Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçiblər

22/06/2018
Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə  Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.

BDU nun rektoru akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir

13/06/2018
BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı.  Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında  tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.

Avropa Birliyinin Nizami qrant layihəsinin iştirakçılarının növbəti mitinqi

27/09/2016

26-28 sentyabr tarixlərində İsveçin Upsala universitetində Azərbaycanda doktoranturanın Avropa standartlarına uyğunlaşdırılması barədə Avropa Birliyi tərəfindən ayrılmış qrant Nizami layihəsinin iştirakçılarının növbəti mitinqi olmuşdur. Mitinq iştirakçılarını salamlayan Upsala universitetinin Beynəlxalq ofisinin rəhbəri Glaes Levinson qeyd etdi ki, bu layihənin böyük əhəmiyyəti var və onun uğurla yerinə yetirilməsi Azərbaycan Elm və Təhsil sisteminin Avropa təhsil sisteminə qoşulmasına kömək edəcək. Layihə  koordinatoru Veronique Montero çıxış edərək layihənin uğurla yerinə yetirilir. Mitinq zamanı Azərbaycan Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova doktoranturanın bu günkü vəziyyəti və gələcəkdə onun Aropa standartlarına uyğunlaşdırılması zərurəti barədə ətraflı məlumat verdi.  Doktorantura təhsilinin beynəlmiləşdirilməsi barədə çıxış edən prof. Ülviyyə Həsənova öz çıxışında bildirdi ki, Azərbaycan Dövlət proqramı ilə xarici ölkələrə magistraturaya və doktoranturaya istedadlı gəncləri təhsil almağa göndərir və xarici ölkələrdə kredit sistemi ilə doktorantura rəhsili alan gənclərin diplomların tanınmasında ciddi problemlər var. Tamam başqa sistem ilə təhsil alan gənclərin Azərbaycanda diplomlarının hüququ cəhətdən tanınması mümkün deyil. Çünki onlar fərqli təhsli fərqli standartlala alıblar. Ona görə də bu sistemə keçid artıq tarixi zərurətə çevrilib. Upsala Universitetinin professoru Leif Kirsebom Avropa modelindən danışarkən qeyd etmişdir ki, inkişaf etmiş ölkələrdə doktorantura təhsilində fərqlər yalnız elm və təhsil səviyyələrinə görə fərqlənir. Azərbaycan da Boloniya prosesinə qoşulub və təhsilin 3-cü pilləsində də kredit sisteminin tətbiqi vahid təhsil məkanının yaradılmasına kömək edər. Sonra qruplar üzrə bu keciddə vacib olan yolların müəyyən edilməsi təhlil edildi.

Bookmark and Share