Search

Axtarış


Nobel mükafatı laureatı Aziz Sancar Nanoaraşdırmalar laboratoriyasının qonağı olub

13/06/2017
Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində olub. Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb.  Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. 12 il ərzində bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verən rektor onu da bildirib ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir.Nobel mükafatı laureatı Aziz Sancar mərkəzdə yerinə yetirilən işlər, nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri ilə bağlı görülən işləri yüksək qiymətləndirib.

Görkəmli alim Roald Zinnurovic Saqdeev Nano Araşdırmalar laboratoriyasının qonağı olub

07/06/2017
ABŞ Merilend Universitetinin professoru Roald Zinnurovic Saqdeev Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nano Araşdırmalar laboratoriyasının qonağı olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov son illər fakültədə əldə edilən nailiyyətlər, o cümlədən  laboratoriyanın fəaliyyəti barədə ətraflı məlumat verib.  Professor Roald Zinnurovic Saqdeev laboratoriyada həyata keçirilən işləri yüksək dəyərləndirib və bu istiqamətdə fikirlərini bölüşüb. Daha sonra fakültə əməkdaşaları ilə bir sıra aktual elmi mövzular və əməkdaşlıq məsələləri müzakirə olunub.

05/06/2017
Bakı Dövlət Universitetində  son  zamanlar  orta  məktəblərin istedadlı şagirdlərinin respublika  və beynəlxalq  olimpiadalara  hazırlanması istiqamətində ciddi işlər görülür. 2008-ci  ildən mütəmadi olaraq  BDU-nun Nano Araşdırmalar laboratoriyasında  Respublikanın orta məktəblərinin içərilərindən seçilən istedadlı şagirdləri beynəlxalq olimpiadalarda uğurla iştirak edərək müstəqil Azərbaycanın bayrağını ən yüksək yerlərə qaldırırlar.  Bu il yenə də Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında  prof. M.Ə.Ramazanov  və dosent İ.S.Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş,  Bakı Avropa Liseynin  X R1 sinif şagirdi  İbrahimova Fidan Qasım qızının “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda elmi tədqiqat layihəsi Türkiyənin İstanbul  şəhərində 23  - 25 may 2017-ci il tarixində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında  təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 layihə içərisindən qalib hesab edilərək 1-ci yerə layiq görülmüş və  mükafatlandırılmışdır.  

Azərbaycanda doktoranturanın Avropa standartlarına yaxınlaşdırmaq üçün Nizami adlı layihəsinin ilk təqdimat iclası Fransanın Monpelye Uniersitetində keçirilib

14/12/2015

07.12.2015-ci il tarixindən 10.12.2015-ci il tarixinə qədər Avropa Birliyinin Erasmus+ proqrami çərçivəsində Azərbaycanda doktoranturanın Avropa standartlarına yaxınlaşdırmaq üçün "Nizami" adlı layihəsinin ilk təqdimat iclası Avropa Birliyi ölkələrindən Fransanın Monpelye Uniersitetində olmuşdur. Layihənin ümumi dəyəri 994056,0 Avrodur. Təqdimat iclasında Fransanın Monpelye, İspaniyanın Barselona, Çexiyanın Masaruk, Türkiyənin Fateh, Almaniyanın Haydelberq, İsveçin Upsala universitetlərinin, Azərbaycan Təhsil Nazirliyinin iştirakı ilə Bakı Dövlət Universitetinin, AZAİU, Qafqaz universitetinin, Xəzər Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Texniki Universitetinin, Naxçıvan Dövlət Universitetinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov çıxış edərək qeyd etdi ki, bu layihənin Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycanda təhsilin bakalavr və magistr pilləsində kredit sistemi ilə yerinə yetirilir və boloniya posesinə uyğundu. Ali təhsilin doktorantura pilləsi isə Sovetlər birliyində olduğu kimi yerinə yetirilir. AB-nin dəstəyi ilə yerinə yetirilən "Nizami" layihəsi Azərbaycanda təhsilin doktorantura pilləsini Avropa Birliyinin standartlarına uyğunlaşdırmaq məqsədini həyata keçirməyi nəzərdə tutur. BDU-nun Fizika fakültəsinin dekanı prof.Məhəmmədəli Ramazanov isə öz çıxışında Azərbaycanda təhsilin doktorantura pilləsinin 2 mərələli olduğunu, birinci mərhələnin isə iki yolla həyata keçirildiyini qeyd etdi. O bildirdi ki, bu model özünün bir sıra üstünlüklərinə baxmayaraq bir sıra bürokratik çatışmazlıqları da var. Eyni zamanda o qeyd etdi ki, Bakı Dövlət Universitetində doktorantura pilləsində uğurlu işlər aparılır və 9 İxtisaslaşdırılmış Elmi Şurada 30 ixtisasdan müdafiə işləri həyata keçirilir. Universitet layihənin yerinə yetirilməsində aparıcı təhsil müəssisələrindən biri kimi əlindən gələni edəcəkdir. Layihənin baş kordinatoru Fransanın Montpelier Universitetinin professoru Veronika Montero layihənin mərhələlər üzrə qarşıya qoyduğu problemlərdən və layihənin büdcəsindən danışdı. Layihə üzrə digər ölkə unversitetlərin nümayəndələri layihənin effektiv idarə yolları barədə müzakirələr apardılar. Sonra professor Məhəmmədəli Ramazanov Montpelier Universitetinin professoru Frédéric J. G. Cuisinier və prof. Veronika Montero yeni "Nanohissəciklərin canlı orqanizmdə yığılmasının, yerdəyişməsinin tədqiqi, və onların ləğvi elmi tədqiqat layihəsinin birgə təqdim edilməsi barədə razılığa gəldilər.

Bookmark and Share