Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

BDU alimləri Fransada nanotexnologiya sahəsində apardıqları tədqiqatları müzakirə etmişlər

22/06/2015

15-18 iyun tarixlərində “Nanomaterialların kimyəvi fizikası” kaferdrasının müəllimi, Nanoaraşdırmalar laboratoriyasının b.e.i, Hacıyeva Flora Vidadi qızı və Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi professor Həsənova Ülviyyə Əliməmməd qızı Fransanın Paris şəhərində keçirilmiş Nanotech- Nanoscience 2015 beynəlxalq konfransında iştirak etmiş və məruzə ilə çıxış etmişlər (A.M.Maharramov, А.L.Shabanov, Z.О.Gakhramanova, M.A.Ramazanov, U.А.Hasanova, L.Z.Vezirova, F.V.Hajiyeva "Stabilization metal nanoparticles by crown compounds with amine and hydroxyl groups in macrocyclic ring and studying their properties"; A.M.Maharramov, M.A.Ramazanov, F.V.Hajiyeva, Olgun Guven, Feyza Kirac «Thermal and mechanical properties of nanocomposites based on isotactic polypropylene and zirconium dioxide nanoparticle»). Həmçinin onlar konfransın işində Kimya üzrə Nobel mükafatı laureatı Prof. Jean-Marie Lehn və Fizika üzrə Nobel mükafatı laureatı prof. Albert Fertin mühazirələrini dinləmiş, dəyirmi masalarda aparılan müzakirələrdə yaxından iştirak etmişlər. Həmçinin Ü.Ə.Həsənova və F.V.Hacıyeva Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzinin və Avropanın qabaqcıl universitetlərlə birgə həyata keçirilən ECONANO proyekti çərçivəsində Fransanın Paris 13 Universitetinin Materialşünaslıq laboratoriyasının professorları prof. Jean Filipp, prof. Andrey Kanayev və digər professor-müəllim heyəti ilə görüşmüş və ECONANO proyektinin hazırda yerinə yetirilmə vəziyyəti haqda müzakirələr aparmışlar. Həmçinin səfər zamanı yeni bir təhsil proqramının hazırlanması ilə bağlı Paris 13 Universiteti ilə razılıq əldə edilmişdir.

 

 

Bookmark and Share