Search

Axtarış


BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

23/01/2018
Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.

İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

BDU Nano Araşdırmalar Laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları ilə BDU-nun əməkdaşlarının birgə seminarı olmuşdur

11/07/2016

08 iyul 2016-cı il tarixində "İŞLƏNMƏNİN SON MƏRHƏLƏSİNDƏ OLAN YATAQLARDA NEFTVERMƏ ƏMSALININ ARTIRILMASI ÜÇÜN NANOTEXNOLOGİYALARIN TƏTBİQİ İLƏ İNTELLEKTUAL İDARƏETMƏ SİSTEMİNİN YARADILMASI" mövzusunda Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları ilə BDU-nun əməkdaşlarının birgə seminarı olmuşdur. Seminarda bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparılmışdır. Seminarı giriş sözü ilə açan akad. A.M.Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-cı ildən aparıldığını və SOCAR ilə və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyi seminar iştirakçılarının diqqətinə çatdırılmışdır. Sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akad. Telman Əliyev "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra rektor akad. A.M.Məhərrəmov Nano Araşdırmalar laboratoriyasında aparılan işlər barədə sözü Fizika fakültəsinin dekanı, prof. M.Ə.Ramazanova vermişdir. Prof. M.Ə.Ramazanov qeyd etmişdir ki, laboratoriyada son 7 ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilmişdir. Bir monoqrafoya ABŞ-da, azərb dilində dərsliklər, dərs vəsaitləri dərc edilmişdir. Bütünlüklə laboratoriyada bu dövr ərzində ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilmişdir. Daha sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları aparılması nəzərdə tutulan işlər barədə geniş məlumat verdilər. Proqramın hazırlanması ilə bağlı işçi qrup yaradıldı. Seminarın işində akad. A.M.Məhərrəmov, akad. T.A. Əliyev, prof. N.Ş.İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının müdiri prof. Q.Y.Mehdiyeva, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və digər alimlər iştirak etmişlər.

Bookmark and Share