Search

Axtarış


BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

23/01/2018
Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.

İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

BDU və AMEA -nın Nanoaraşdırmalar laboratoriyasında ikinci birgə seminarı olub

28/10/2016

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və universitet əməkdaşlarının "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" mövzusunda ikinci birgə seminarı olub. Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının professoru Vaqif İbrahimov, Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və digər alimlər iştirak ediblər. Seminarı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı işlərinin hələ 2005-cı ildən aparıldığını, SOCAR-ın Azneft İB ilə və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini bildirdi. Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb. Seminarda, bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparıldı və proqramın hazırlanması ilə bağlı iştirak edəcək tərəflər və onların görəcəyi işlər müzakirə edildi.

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və universitet əməkdaşlarının "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" mövzusunda ikinci birgə seminarı olub.
Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının professor
u Vaqif İbrahimov, Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və digər alimlər iştirak ediblər. Seminarı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı işlərinin hələ 2005-cı ildən aparıldığını, SOCAR-ın Azneft İB ilə və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini bildirdi.
Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Seminarda, bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparıl
dı və proqramın hazırlanması ilə bağlı iştirak edəcək tərəflər və onların görəcəyi işlər müzakirə edildi.

Bookmark and Share