Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

BDU-da Fizikaya müasir baxış adlı beynəlxalq elmi konfrans keçirilib

22/04/2017

 

20-22 aprel 2017-ci iltarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığıRegional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə  təçkilatçılığı ilə Bakı Dövlət Universitetində “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans keçirilmişdir.

Konfransın işində Rusiyanın, İtaliyanın, Yaponiyanın, Türkiyyənin, Pakistanın, İranın, Braziliyanın, Gürcüstanın, Malaziyanın, Polşanın, Rusiyanın, Pakistanın və digər ölkələrin qabaqcıl Universitetlərinin və Elmi Tədqiqat İninstitutlarının  alimləri iştirak etmişlər. Xarici alimlərlə yanaşı  Azərbaycanın bütün bölgələrinin elm ocaqlarından və Universitetlərindən yerli alimlər öz elmi işlərini konfrans iştirakçılarının müzakirəsinə çıxarmışlar. Konfransda iştirak etmək üçün 140-dan çox alim qeydiyyatdan keçmişdir.

Konfransa təqdim olunan məqalələr təşkilat komitəsi tərəfindən müzakirə olunmuşdur. Konfransın proqramı və məruzələrin xülasələri çap olunmuş, təqdim olunan məqalələr isə disklərdə bütün iştirakçılara təqdim olunmuşdur.

Konfransın işi plenar iclasda akademik A.Məhərrəmovun giriş nitqi ilə başlayaraq, müasir dövrün böyük alimlərinin çıxışı ilə davam etmişdir.Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev, Ankara Universiteti Fizika fakültəsinin dekanı, professor İman Əsgərzadə, Yaponiyanın Hirosima Universitetinin professoru Tomohiro İnagaki, Polşanın Lyublin Universitetinin professoru Miroslav Kulik, Ali Attestasiya Komitəsinin sədr əvəzi, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Pakistanın Komsats İnstitutunun professoru Arşad Salim Bhatti çıxışlarında konfransın işinə uğurlar arzulamışlar.

Açılış mərasimindən sonra Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun professoru A.Arbuzovun sədrliyi ilə konfrans işini davam etmişdir. Konfransın ilk günündə 10-dan çox maraqlı elmi məruzə dinlənilmiş və geniş müzakirə olunmuşdur.

Növbəti gün konfransın işi aşağıdakı bölmələrdə davam etdirilmişdir:

  1. Nanotexnoloğiyalarvəmaterialşünaslıq, opto-nanoelektronika
  2. Nəzəri, riyazivəyüksəkenerjilərfizikası
  3. Biologivətibbifizika
  4. Kondensləşmişmühitlərfizikası
  5. Astrofizika

Bölmələrdə müzakirə olunanməruzələrlə yanaşı stend məruzələrdə keçirilmişdir.Orta Doğu Teknik Universitetinin professoru Nizami Həsənlinin stend məruzasi xüsusi maraq yaratmışdır. Alimlərlə yanaşı Bakı Dövlət Universitetinin tələbələri də oz sualları ilə professora müraciət etmişlər.

FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans media numayəndələrinin maraq dairəsindən kənar qalmamışdır. AzTV, İctimai TV, ATV və digər yerli kanalların Xəbərlər” verlişlərində ön yer tutmuşdur. 22 apreldə AzTV-nin “Səhər” musiqili-informasiya verlişində Fizika fakültəsinin dekanı və xaricidən gələn alimlər konfransın işi və yekunları haqqında oz fikirlərini  azərbaycan  tamaşıçıları ilə böluşmuşlər.

Konfransın sonuncu günü xarici qonaqlar Bakı şəhər, Qobustananın muzeyləri və vulkanları ilə tanış olmuşlar.

Konfransın nəticələrinə görə azərbaycan və rus dillərində olan məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan məqalələrin bir daha rəylərdən keçərək, Thomson Reyters agentliyində indekslənəcək.

http://www.salamnews.org/ru/news/read/267700

http://news.day.az/society/888717.html

http://olaylar.az/news/ru/218479?utm_campaign=redtram&utm_sour

http://www.trend.az/azerbaijan/society/2744680.htm

http://sia.az/ru/news/education/605053-

http://www.xebersaati.com/news/36073-v-bgu-proshla-mezhdunarodnaya-nauchnaya-konferenciya-sovremennye-tendencii-fiziki-foto/http://az.trend.az/azerbaijan/society/2744650.html

http://olaylar.az/news/sosial/218498

http://ikisahil.az/?page=18&newsId=76601&lang=aze

http://kaspi.az/az/bdu-da-fizikaya-muasir-baxis-adli-beynelxalq-elmi-konfrans-kecirilib/

http://publika.az/news/bilik/195796.html

http://son.az/az/news/183368/bdu-da-fizikaya-muasir-baxis-beynelxalq-konfransi-kecirilib

http://azertag.az/xeber/Baki_Dovlet_Universitetinde_Fizikaya_muasir_baxis_movzusunda_beynelxalq_konfrans_ise_baslayib-1052925

http://salamnews.org/az/news/read/267669

http://www.xebersaati.com/news/36046-bdu-da-fizikaya-muasir-baxish-beynelxalq-konfransi-kecirilib-foto/

http://www.palitranews.az/news.php?id=68213

http://azertag.az/xeber/Azerbaycan_ve_Rusiya_alimleri_elm_ve_tehsil_sahesinde_six_emekdasliq_edirler-1053017

https://www.youtube.com/watch?v=Uc6ORiWfzgk

https://www.youtube.com/watch?v=TnJk_Ww8t4Q&feature=share

Bookmark and Share