Search

Axtarış


Fizika fakültəsinin doktorantları Dubna şəhərində diplomla təltif olunublar

11/09/2017
Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə  proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB  ölkələrinin  Nanotexnologiya  üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif  MDB ölkələrindən 30-dək gənc alim  iştirak edib. Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara  Rəhimli və Aydan Qəribli  təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar  Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov  İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.

Kanadalı nazir Bakı Dövlət Universitetində

05/09/2017
Kanadanın Ontario vilayətinin Tədqiqat, Elm və İnnovasiyalar üzrə naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu  ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələri, o cümlədən Kanada Universitetləri ilə elm-təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olmasından bəhs edib. Nazir Reza Moridi, öz növbəsində, qəbul üçün təşəkkürünü bildirib və Bakı Dövlət Universiteti ilə Ontario universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Nazir universitetlərarası humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsinin, həmçinin tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Daha sonra nümayəndə heyəti universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olub, Nanoaraşdırmalar mərkəzində yerinə yetirilən tədqiqat işləri ilə yaxından tanış olublar.

Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Nanoaraşdırmalar laboratoriyasında olublar

11/07/2017
Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olublar. Tokyo Boeki şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi laboratoriyanın rəhbəri və işçi heyəti ilə görüşüb, görülən işlər, tədqiqat istiqamətləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini irəli sürüb, gələcək əməkdaşlıq çərçivəsində müasir elektronikanın əsasını təşkil edən inteqral sxemlərin innovativ üsullarla hazırlanması və materialşünaslıqda istifadə olunan ən son diaqnostik və analiz avadanlıqları ilə təmin edə biləcəklərini vurğulayıblar.  

BDU-da “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilmişdir

13/10/2011

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ekologiya və təbii sərvətlər nazirliyi ilə birlikdə “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa iştirakçıları Nano Araşdırmalar Laboratoriyası ilə tanış olublar. Laboratoriyanın müdiri, professor Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetində Ukrayna Elm və Texnologiya mərkəzinin koordinasiyası və Kanada dövlətinin maliyyə dəstəyi ilə 3998 saylı qrant layihəsi çərçivəsində “Abşeron yarımadası və Bakı şəhəri ətraf ərazilərinin radioekoloji tədqiqi” ilə tədqiqat işləri aparılması haqqında məlumat verib. Qeyd edib ki, hazırda istər bütün Dünyada, istərsə də Azərbaycan ərazisinin bir hissəsi olan Abşeron yarımadasında texnogen və təbii proseslərin təsiri nəticəsində radioekoloji durum getdikcə mürəkkəbləşməkdədir. Bu prosesə təsir göstərən həlledici amillərdən biri də ətraf mühitin radioaktiv şüalanma mənbələri ilə çirklənməsidir. Bu baxımdan Abşeron yarımadasının Bakı ətrafı ərazilərində radioekoloji tədqiqatların aparılması olduqca əhəmiyyətli bir məsələdir. BDU-da bu istiqamətdə layihə çərçivəsində Abşeron yarımadası və Bakı şəhəri ətrafı zonalarda radiasiya fonunun qiymətləndirilməsi və onu yaradan mənbələrin aşkarlanması istiqamətində uğurlu tədqiqat işləri aparılır.

Bookmark and Share