Search

Axtarış


ELAN

27/06/2018
Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər!

Gənc alimlər Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçiblər

22/06/2018
Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə  Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.

BDU nun rektoru akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir

13/06/2018
BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı.  Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında  tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

23/01/2018

Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq, onlara universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əməkdaşlıq əlaqələrinin və imzalanacaq memorandumun əhəmiyyətini qeyd edərək beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən elmi və elmi-texniki proqramlarda, təcrübələrdə iştirakın vacibliyini bildirib.
Antiproton və İon Tədqiqatları Mərkəzini Elmi İdarəetmə direktoru, professor Paolo Giubellino Almaniyanın nüvə tədqiqat mərkəzləri və bu istiqamətdə fəaliyyət göstərən universitetləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib.
Görüşdə rəqabət qabiliyyətinin artırılması, sosial və iqtisadi sistemlərin inkişaf etdirilməsi, sosial-iqtisadi həyat standartlarının yaxşılaşdırılması üçün elm və texnologiyada əməkdaşlığın əhəmiyyəti mühüm amil kimi qiymətləndirilib, Azərbaycan ilə Almaniya elmi cəmiyyətləri arasındakı əlaqələri daha da gücləndirmək, tədqiqat mərkəzləri arasında yeni əməkdaşlıq formalarını təşviq etməyin zəruriliyi qeyd edilib. Sonra rektor, akademik Abel Məhərrəmov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Antiproton və İon Tədqiqatları Mərkəzinin Elmi İdarəetmə direktoru, professor Paolo Giubellino tərəfindən üçtərəfli anlaşma memorandumu imzalanıb. Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.

https://azertag.az/xeber/Baki_Dovlet_Universitetinde_uchterefli_anlasma_memorandumu_imzalanib-1130660



Bookmark and Share