Search

Axtarış


Təbrik edirik!

12/01/2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019
10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018
20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

BDU-nun professoru barədə biobiblioqrafik göstərici çap olunub

15/11/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, görkəmli alim, professor Məhəmmədəli Ramazanov barədə “Məhəmmədəli Əhməd oğlu Ramazanov – 60. Biobiblioqrafik göstərici” adlı kitab çap olunub. Kitabın elmi redaktoru və məsləhətçisi akademik Arif Həşimov, tərtibçi redaktoru Kəmalə Məmmədovadır.

Professor M.Ramazanovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyətinin əks olunduğu kitab “Məhəmmədəli Əhməd oğlu Ramazanovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyəti haqqında qısa oçerk”; “Məhəmmədəli Əhməd oğlu Ramazanovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyətinin əsas tarixləri”; “Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Məhəmmədəli Əhməd oğlu Ramazanov haqqında”; “Elmi əsərlərinin biblioqrafiyası” və “Məhəmmədəli Əhməd oğlu Ramazanovun elmi, elmi-pedaqoji və təşkilati fəaliyyəti elektron kütləvi informasiya vasitələrində” adlı dörd bölmədən ibarətdir.

Biobiblioqrafik göstərici fizika və kimyanın müxtəlif sahələri üzrə elmi tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri və tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Nurlar” nəşriyyatında çap olunan kitaba professor Rəna Qasımova və f.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli rəy veriblər.

 

Bookmark and Share