Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

BDU-nun professoru Vyanada STAR-NET-in iclasda çıxış edib

29/11/2018

Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. 10-dək ölkədən 25 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və həmin fakültənin dosenti Flora Hacıyeva təmsil ediblər.

İclasda Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini M.Çudakov, qurumun nümayəndəsi O.Glockler və STAR-NET-in icraçı direktoru A.Kosilov çıxış ediblər. Onlar nüvə texnologiyası sahəsində təhsilin təşkilindən, həmçinin tədbirin zəruriliyi, şəbəkənin fəaliyyəti və portalı barədə geniş məlumat veriblər. Sonra STAR-NET-in prezidenti, Milli Nüvə Tədqiqatları Universitetinin rektoru, professor Mixail Strixanov şəbəkənin imkanlarının artırılması, onun resurslarından bütün ölkələrin istifadə etməsinin vacibliyindən bəhs edib.

Professor Məhəmmədəli Ramazanov çıxışında şəbəkəyə üzv ölkələrin birgə beynəlxalq elm və təhsil qrantlarında iştirak etmələrinin önəmindən danışıb, müəyyən təkliflər səsləndirib.

Müzakirələr zamanı nüvə texnologiyasının istifadəsinin ümümbəşəri əhəmiyyətindən, nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrların hazırlanmasından, BAEA-nın bu istiqamətdəki fəaliyyətindən danışılıb.

 

Bookmark and Share