Search

Axtarış


BDU alimləri Vyanada STAR-NET-in Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclasında iştirak ediblər

08/11/2017
Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetini Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent Flora Hacıyeva təmsil edib. Şəbəkənin icraçı direktoru Andrey Kosilov çıxış edərək tədbirin zəruriliyi, şəbəkənin strukturu, yenidən seçilməsi və rəsmi qeydiyyatdan keçdikdən sonra fəaliyyəti haqqında məlumat verib. BAEA-nın maliyyə dəstəyi ilə keçirilən iclasda şəbəkənin yeni strukturu müəyyənləşib və professor Məhəmmədəli Ramazanov yenidən rəyasət heyətinə üzv seçilib. Tədbirlə bağlı davam edən dəyirmi masalarda STAR-NET şəbəkəsi təhsil portalının geniş müzakirələri aparılıb və görülən işlər yüksək qiymətləndirilib. Müzakirələr zamanı tədbir iştirakçıları qeyd ediblər ki, nüvə texnologiyasının istifadəsi bugünkü dünya üçün reallıqdır və onun nəticəsinin ümümbəşəri əhəmiyyəti var. Nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır və hazırlıq işləri BAEA-nın nəzarəti altında aparılmalıdır. Qeyd edək ki, STAR-NET şəbəkəsi Beynəlxalq Atom Agentliyinin (IAEA) dəstəyi ilə 2015-ci ilin sentyabrında yaradılıb və Avstriyada rəsmi qeydiyyatdan keçib. STAR-NET regional şəbəkənin əsas məqsədi nüvə sahəsində biliklərin inkişafı, idarə edilməsi, saxlanılması, yüksəkixtisaslı insan ehtiyatlarının yaradılması, təhlükəsiz nüvə texnologiyası sahəsində kadrların formalaşdırılmasının yaxşılaşdırılmasıdır. Şəbəkəyə 6 ölkədən 12 universitet qoşulub və Bakı Dövlət Universiteti bu şəbəkənin üzvüdür. Onu da qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların Cventendorfdakı Atom elektrik stansiyasına ekskursiyaları təşkil olunub.

Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları İtaliyanın Roma şəhərində Beynəlxalq Elmi konfransda iştirak ediblər

02/10/2017
24-27 sentyabr 2017-ci il tarixində İtalyanın Roma şəhərində II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi (2nd International Conference on NANOTECHNOLOGY BASED INNOVATIVE APPLICATIONS FOR THE ENVIROMENT –NİNE 2017 adlı elmi konfransı keçirilmişdir. Konfrans Italian  Association of Chemical Engineering (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı H.A.Şirinova və  Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi K.Ə.Hüseynov Romada keçirilən bu kanfransda iştirak etmişlər.

Şərəfli ömrün məqamları

25/09/2017
XX  əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı.  Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.

Biofizik alimlərimiz

20/02/2012

XX  əsrin 70-ci illərindən başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – inteqrallaşma tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası yeni perspektivlər açdı. Fizikləri indi daha çox canlı aləmdə baş verən hadisələrin, proseslərin təbiəti maraqlandırırdı.  Fizikanın biologiya elmi ilə inteqrasiyası o dərəcədə maraqlı idi ki, dünyanın ən məhşur alimləri, həm fizikləri və həm bioloqları bu yaxınlaşmada böyük elmi nailiyyətlərin olmasını əminliklə söyləyirdilər. Fizika ilə biologiyanın inteqrasiyasından məhz biofizika elmi yarandı. Biofizika canlı materiyanın fiziki əsaslarını öyrənən bir elm sahəsi oldu. Bütün dünyada az bir müddətdə böyük  biofizik alimlər ordusu yarandı. Baza təsili fizika olan alimlər biofizika sahəsində daha fundamental məsələlərlə məşğul olmağa başladılar. Bu məsələlərə bitkilərdə fotosintez, tənəffüs, zülal sintezi, maddələr mübadiləsi, membranlarda ion daşınması və enerji sintezi, bioloji struktur dəyişmələri və bərpa prosesləri, resepsiya və cavab reaksiyaları, görmə, sinir impulslarının yaranması və ötürülməsi,  hüceyrə bölünməsi və çoxalma, gen mühəndisliyi və genlərin mutasiyası kimi fundamental məsələlər daxildir. İndi canlı materiyanın elə bir sahəsi yoxdur ki, biofizika orada araşdırma aparmasın. Hətta indi  planetimiz üçün çox vacib olan ekoloji problemlərin həllində, alternativ enerji sintezi və biosferin qlobal məsələlərində biofizika öz sözünü demək iqtidarındadır.

XX əsrdə keçmiş sovetlər ölkəsinin tərkibində öz elmini, mədəniyyətini, sosial və həyati təlabatlarını inkişaf etdirmiş Respublikamızda da elmin bu sahəsinə maraq məhz keçən əsrin 70-ci illərindən başlamışdı. O dövrdə Respublikamızın ali məktəblərində, o cümlədən Bakı Dövlət Universitetində oxuyan tələbələrimiz və alimlərimiz arasında biofizikaya maraq getdikcə artmağa başladı. Az bir müddət ərzində Azərbaycanda biofizika sahəsində ö dövrün tələbatlarına tam cavab verən yüksək ixtisaslı biofizik alimlər yetişdi ali məktəblərdə biofizika kafedraları yaradıldı. Respublikamızın biofizikləri bir şox sahələrdə, fotosintez prosesinin mahiyyətinin və təbiətinin aydınlaşdırılmasında, membranlarda ion kanallarının, maddələr mübadiləsinin öyrənilməsində, ətraf aləmin fiziki və kimyəvi amillərinin (UB şüalar, temperatur, işıq, radioaktiv şüalar, düzluluq, kansoregen maddələr və s.) canlı sistemlərə təsirinin cavab reaksiyalarının öyrənilməsində, biotexnoloji proseslərin biofiziki əsaslarının yaradılmasında mühüm elmi nailiyyətlər əldə etdilər.
İndi biofizik alimlərimiz həm Respublikamızda və həm də dünyanın bir sıra elm mərkəzlərində öz tədqiqatlarını davam etdirirlər. Onların elmi araşdırmaları dünya elminin inkişafına  layiqli töhvələr vermişdir, bu sahədə tədqiqatlar aparan alimlər və məşhur elm xadimləri tərəfindən  xüsusi qeyd edilmişdir.
Keçən əsrin 70-ci illərindən öz elmi tədqiqatlarına başlamış və bu il  60 illik yubleyini qeyd  etməyə hazırlaşan ilk biofizik  alimlərimizdən biri İsmət Süleyman oğlu Əhmədov  1952-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalının Saraçlı kəndində anadan olmuşdur. O keçmiş SSRİ-də  elm və təhsildə intibah  dövrü hesab edilən 60-cı illərdə  (1959-1969) Saraçlı orta məktəbində oxumuş və 1969 –cu ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olmuşdur. 1974-cü il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək akademik C.Ə.Əliyevin təşəbbüsü ilə gələcəkdə biofizik kimi ixtisaslaşmaq məqsədi ilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik institutunun bitki fiziologiyası şöbəsinə təyinat almışdır. 1975-ci ildə Sankt-Peterburqda (keşmiş Leninqrad) dünya şöhrətli fizik A.F. İoffenin yaratdığı Aqrofizika İnstitutunun biofizika ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Onun elmi tədqiqatları bitkilərdə mineral qidalanmanın membran mexanizminin araşdırılmasına həsr olunmuşdur. 70-ci illərdə SSRİ-də klassik mineral qidalanma üzrə məşhur alimlərin məktəblərindən biri  professor O.O.Laylinin rəhbərliyi ilə Aqrofizika institutunun bioinformatika laboratoriyasında yaradılmış elmi məktəb idi. Elektrofizioloji metodla bitki hüceyrələrinin plazmatik membranında elektrogen ion kanallarının mineral qidalanmada rolunu araşdıran bu qrupda İsmət Əhmədov özünün ilk elmi nəticələrini almışdır. Bitki hüceyrələrinin plazmatik membranının elektrik parametrlərini tədqiq edən gənc aspirant o dövrə qədər məlum olmayan bir sıra elmi yeniliklər etməyə nail olmuşdur. Onun tədqiqatları nəticəsində ilk dəfə olaraq bitkilərin köklərində mineral ionların torpaqdan sorulmasında çox böyük rol oynayan qısa müddətli (yarımyaşama müddəti 30 dəqiqə olan) aktiv ion kanalları aşkar edilmişdir. Bu nəticə ona imkan vermişdir ki, o kök əmicitellərinin funksiyası haqqında tamamilə fərqli bir fikir irəli sürsün. Bundan başqa İ.Əhmədov ilk dəfə olaraq bitki hüceyrələrində hüceyrələrarası əlaqəyə cavabdeh olan plazmodesmaların xarici amillərin stress faktorlarının təsiri zamanı acılıb bağlanması nəzəriyyəsini vermişdir. Bu elmi nəticələr bitki fiziologiyası sahəsində SSRİ  və dünya alimlərinin nəzər diqqətini cəlb etmiş və biofizika sahəsində Beynəlxalq elmi konfranslarda böyük maraq doğurmuşdu, SRRİ-nin sanballı elmi jurnalları olan Bitki Fiziologiyası, Biofizika, SSRİ Elmlər Akafemiyasının Məruzələri jurnalları onun elmi nəticələrin  çap etmişdi. 1979-cu ildə İ.Əhmədov müvəffəqiyyətlə dissertasiyasını müdafiə edərək biofizika ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

1980-ci ildə yenidən Azərbaycan Elmi – Tədqiqat Əkinşilik İnstitutuna qayıdandan sonra əvvəlcə bitki fiziologiyası, sonralar isə süni iqlim (fitatron) şöbələrində baş elmi işçi vəzifəsində çalışmışdır. Aqrofizika institutundan fərqli elmi şərait ona aspirantura dövründəki elmi işlərini davam etdirməyə imkan vermədiyindən yeni elmi istiqamət kimi 1980-ci ildən 1992-ci ilə qədər o herbisidlərin, ağır metalların, UB şüaların bitkilərə təsirinin membran mexanizmini tədqiq etməyə başlamışdır. Bu sahədə də İ.Əhmədov yeni elmi nəticələrə nail olmuşdur. Onun elmi tədqiqatları nəticəsində herbisidlərin, xüsusilə fotodinamik hirbisidlərin   bitkilərə təsirinin membran mexanizmi aydınlaşdırılmışdır. O ilk dəfə olaraq bitkilərin UB-B şüalarına qarşı sürətli və binar cavab reaksiyalarının membran mexanizmini aydınlaşdırmışdır. Məlum olmuşdur ki, bitkilərin plazmatik membranında ekobioloji UB-B şüaların xromoforları xinon təbiətli molekullardır və onlar plazmatik membranda aktiv proton pompası  H+-ATF aza ilə paralel fəaliyyətdə olan, həmçinin proton pompası rolunu oynayan redoks systemlərin strukturuna daxildir. İsmət Əhmədovun bu elmi nəticələri bitkilərin UB-B şüalarından qorunmasının biofiziki əsaslarının işlənməsində mühüm rol oynamışdır.
90-cı illərdə SSRİ məkanında baş verən hadisələr, sovetlər birliyinin çökməsi, ölkəmizin müstəqillik qazanması və sosialist ictima - iqtisadi quruluşun kapitalist ictimai-iqtisadi quruluşla əvəz olunması bütün sahələrdə olduğu kimi, elmdə və təhsildə də baxışları və yanaşmaları dəyişdirdi. Bu dövrdə yeni ali məktəblərin, universitetlərin açılmasına şərait yaranmışdı və 90-cı illərdə bir sıra universitetlər yarandı. Bunlardan biri də 1991-ci ilin mart ayında Azərbaycan dövlətinin sərəncamı ilə  yaradılmış təssərrüfat hesablı İngilisdilli Azərbaycan Universiteti (indiki Xəzər Universiteti) idi. Bu yeni universitetin mahiyyətində tədris dilinin bütün ixtisaslar üzrə ingilis dilində olması dururdu. İngilis dilində yaxşı bildiyindən İ.Əhmədov (1980 - 82-ci illərdə Xarici Dillər İnstitunun iki illik ingilis dili kursunu bitirmişdi) bu univeürsitetə dəvət olunur. Bu universitetdə o əvvəlcə elmi tıtqiqat laboratoriyalarının müdiri, sonralar isə 2009-cu ilə qədər Bioloji elmlər departamentinin müdiri vəzifəsində işləmişdir. Xəzər Universitetində tədrisin təşkilində, onun inkişafında İ.Əhnədovun böyük əməyi olmuşdur.  İ.Əhmədov 1993-cü ildə ABŞ-ın İnformasiya Agentliyinin Fulbrayt əməkdaşlıq qrantının qalibi olmuş və 1994-cü ildə  Kornell Universitetində  R.Spensivikin laboratoriyasında elmi tədqiqatlar aparmışdır. Kornell Universitetində olduğu müddətdə o Nobel mükafatı laueratları Karl Saqan və Hans Betenin mühazirələrində olmuş və ATF molekulunu kəşf etmiş Andre Yagendorfla dostluq etmişdir. 2001-ci ildə TEMPUS proqramı ilə  İngiltərənin Trent Universitetində  elmi ezamityyət olmuşdur. 2003-cü ildə Amerika Tibb Universitetləri  Assosiyasiyanın əməkdaşlıq proqramı qrantının qalibi olmuş və 1 il Miçiqan Universitetində tibbi təhsilin təşkili üzrə ixtisaslaşmış, tibbi biofizika üzrə elmi araşdırmalar aparmış və nanotexnologiyanın tibbi praktikada tətbiqi məsələləri ilə maraqlanmışdır. Miçigan Universitetində o Nobel mükafatı laueratları fizik Karl Viman, David  Baltimor və Uotson Krik kimi dünya şöhrətli alimləırin mühazirələrini dinləmişdir.  2009-cu ildə ERAZMUS əməkdaşlıq proqramı ilə biologiya və ekoloji təhsilin problemləri üzrə Bolqarıstanın Ruse Universitetində 7 aylıq elmi ezamiyyətdə olmuşdur.
İsmət Əhmədov  2009-cu ildə professor M.Ə.Ramazanov, professor R.İ.Xəlilov, Lousanna Ekologiya Texnik Universitetinin (EPFL) alimi Andrzej Sienkeviçlə birlikdə  İsveçrənin Elm Fonundunun Şərqi Avropa Əməkdaşlıq proqramının qrantının qalibi olmuşdur. Elə həmin il o, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar mərkəzində aparıcı elmi işçi vəzifəsinə dəvət olunmuşdur. 2010-cu ildə nanobiotexnologiya sahəsində  Inkşaf etməkdə olan ölkələr üçün Elmlər Akademiyası  TWAS tədqiqatr proqramı  üzrə grantın qalibi olmuşdur.
Hal-hazırda İsmət Əhmədov Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasında öz elmi və pedaqoji fəaliyyətini davam etdirir. Onun elmi maraq  dairəsinə nanotexnologiyanın bioloji sistemlərdə tətbiqinin biofiziki əsaslarının öyrənilməsi və nanotoksikologiyanın məsələləri daxildir.  O biologiya fakültəsində nanobiotexnologiya, ekologiya və torpaqşünaslıq fakültəsində nanotexnologiyanın ekologiyada tətbiqi fənnlərindən bakalavr və magistr tələbələrinə mühazirələr oxuyur. İ.Əhmədov dünyanın bir şox ölkələrində keçirilən Beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmiş,  80-dən çox elmi məqalələrin, 6 dərslik və dərs vəsaitlərinin müəllifidir.
İsmət Əhmədov sadə bir insan, gözəl ailə başçısı, təvazokar alim və müəllim kimi elm aləmində, təhsilimizdə  xüsusi rəğbət qazanmışdır. Onu 60 illik yubileyi münasibətilə təbrik edir və elmdə, pedaqoji fəaliyyətində uğurlar azu edirik!


Nanomaterialların kimyəvi fizikası
kafedrasının müdiri, f.e.d.                                                 prof.  M.Ə. Ramazanov

Bookmark and Share