Search

Axtarış


Fizika fakültəsinin doktorantı Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdədir

19/09/2017
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Rəhimli Almara Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzinə bir aylıq elmi ezamiyyətə göndərilib. Yaponiyanın Elm Fondu tərəfindən maliyyələşdirilmiş layihə əsnasında ezamiyyətdə olan doktorant səthi karbonabənzər materialla modifikasiya olunmuş titan-dioksid nanohissəciklərinin yeni metodla sintezi, xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olacaq. Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Yaponiyanın Kumamoto Universitetinin professor Hirotaka Iharadır.

Fizika fakültəsinin doktorantları Dubna şəhərində diplomla təltif olunublar

11/09/2017
Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə  proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB  ölkələrinin  Nanotexnologiya  üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif  MDB ölkələrindən 30-dək gənc alim  iştirak edib. Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara  Rəhimli və Aydan Qəribli  təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar  Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov  İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.

Kanadalı nazir Bakı Dövlət Universitetində

05/09/2017
Kanadanın Ontario vilayətinin Tədqiqat, Elm və İnnovasiyalar üzrə naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu  ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələri, o cümlədən Kanada Universitetləri ilə elm-təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olmasından bəhs edib. Nazir Reza Moridi, öz növbəsində, qəbul üçün təşəkkürünü bildirib və Bakı Dövlət Universiteti ilə Ontario universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Nazir universitetlərarası humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsinin, həmçinin tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Daha sonra nümayəndə heyəti universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olub, Nanoaraşdırmalar mərkəzində yerinə yetirilən tədqiqat işləri ilə yaxından tanış olublar.

CERN -nin Böyük Adron Kollayderində (BAK) fəaliyyət göstərən ALİCE təcrübə rəhbərliyi BDU-da olmuş

14/10/2015

12 - 13 Oktyabr 2015 - ci il CERN - in Böyük Adron Kollayderində (BAK) fəaliyyət göstərən ALİCE təcrübəsinin rəhbərliyi Azərbaycan Respublikasında səfər etmişdir. Səfər Rabitə və Yükstək texnologiyalar Nazirliyi tərəfindən təşkil edilmiş və əsas məqsədi Milli Nüvə Tədqiqatları Mərkəzinin ALİCE təcrübəsinin tam hüquqlu üzvü olmasına həsr edilmişdir.

13 Oktyabrda CERN - dən gələn nümayədndə heyəti Bakı Dövlət Universitetinin rektoru Akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi heyətlə görüş keçirmişdir. BDU tərəfindən görüşdə rektorla yanaşı prorektor Prof. Aydın Kazımzadə və Fizika fakültəsinin dekanı Prof. Məhəmmədəli Ramazanov da iştirak etmişdirlər. Universitetin rektoru qonaqları salamladıqdan sonra onlara BDU haqında ətraflı məlumat vermiş və BDU - nun Milli Nüvə Tədqiqatları Mərkəzində yaradılmış ALİCE qrupu ilə əməkdaşlıq etmək fikrini dəstəkləmişdir. Sonrå fizika fakültəsinin dekanı fakütltə haqqında ümümi məlumat vermişdir.

Görüşdə ALİCE tərəfindən təcrübənin sədri  Prof. Paolo Giubellino, şuranın sədri

Prof. Peter Braun-Münzinger, Ukrayna ALİCE qrupunun rəhbəri  Prof Gennady Zinovyev və ALİCE təcrübəsində hesablamalar və məlumatların emalına rəhbərlik edən Dr. Predrag Buncic iştirak emişlər. Qonaqlar BDU - nun MNTM - də yaradılmış ALİCE qrupunda iştirakını tam dəstəkləmiş və rektora bunun uçun xüsusi təşəkkür etmişdirlər. MNTM tərəfindən görüşdə mərkəzin sədri Akademik Adil Qəribov, nüvə fizikası şöbəsinin müdiri və ALİCE qrupunun rəhbəri Dr. Anar Rütəmov iştirak etmişlər. Görüşdən sonra BDU - da ümümi seminar təşkil edilmiş və maraqlı məruzələr edilmişdir. Seminarı giriş sözü ilə Akademik Adil Qəribov açıq elan etmişdir. Daha sonra Prof. P. Giubellino, Prof. Peter Braun-Munzinger, Dr. Predrag Buncic və Dr. Anar Rüstəmov məruzələrlə çıxış etmişdirlər.

Bookmark and Share