Search

Axtarış


ELAN

27/06/2018
Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər!

Gənc alimlər Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçiblər

22/06/2018
Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə  Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.

BDU nun rektoru akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir

13/06/2018
BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı.  Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında  tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.

Cənubi Koreyanın Seul Milli Universitetinin alimləri Nanoaraşdırmalar laboratoriyasının elmi tədqiqat sahələri ilə tanış olmuşlar

23/09/2016

22 Sentyabr 2016-cı il tarixində Cənubi Koreyanın Seul Milli Universitetinin professoru He Myong Ro Nanoaraşdırmalar laboratoriyasının qonağı olmuşdur. Fizika fakültəsinin dekanı, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri prof. M.Ə. Ramazanov çıxış edərək laboratoriyada aparılan elmi-tədqiqat işləri barədə qonağa ətraflı məlumat vermişdir. Daha sonra laboratoriyanın aparıcı elmi işçisi, dosent İ.S. Əhmədov və laboratoriyanın əməkdaşı K.Ə. Hüseynov son tədqiqat işləri haqqında prezentasiya ilə çıxış etmişlər. Nanoaraşdırmalar laboratoriyasında aparılan elmi-tədqiqat işləri koreyalı alimlərin marağına səbəb olmuşdur. Sonda prof. M.Ə. Ramazanov və prof. He Myong Ro gələcəkdə birgə elmi-tədqiqat və əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

 

Bookmark and Share