Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

DUBNA ŞƏHƏRİNDƏ MDB ÖLKƏLƏRİNİN NANOTEXNOLOGİYA ÜZRƏ BEYNƏLXALQ İNNOVASİYA MƏRKƏZİNİN TƏSİS FORUMU OLMUŞDUR

17/12/2009

17 dekabr 2009-cu il tarixdə MDB ölkələrinin 8 səlahiyyətli nümayəndəsi Dubna şəhərində Beynəlxalq nanotexnologiya innovasiya mərkəzinin yaradılmasının təsis forumunun sənədləri imzalanmışdır. Beynəlxalq nanotexnologiya innovasiya mərkəzi MDB ölkələrinin humanitar əməkdaşlıq fondunun dəstəyi ilə yüksək texnologiyaya söykənən nanosənayenin formalaşması məqsədi ilə yaradılmışdır. Mərkəz MDB ölkələri arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək üçün yaradılmışdır. Mərkəzin təsis sənədlərinin imzalanmasında 9MDB ölkəsinin 14 təşkilatı, o cümlədən 4 milli akademiya iştirak etmişdir. Azərbaycan Respublikasından Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri dos. M.Ə.Ramazanov universitet rəhbərliyinin səlahiyyətli nümayəndəsi kimi Beynəlxalq nanotexnologiya innovasiya mərkəzinin təsis sənədlərinə imza atmışdır. Təsis yığıncağının iclasında dos. M.Ə.Ramazanov məruzə ilə çıxış edərək Beynəlxalq nanotexnologiya innovasiya mərkəzinin yaradılmasını Bakı Dövlət Universitetinin rəhbərliyinin dəstəklədiyini bildirmişdir.


Bookmark and Share