Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

ECONANO proyektinin ilk təqdimat mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə Prof. M.Ə.Ramazanovun ünvanına təşəkkür məktubu göndərilib

04/03/2014

ECONANO proyektinin Avropa birliyi ölkələri universitetləri adından BDU -nun koordinatorluğu ilə keçirilmiş ilk təqdimat mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə Prof. M.Ə.Ramazanovun ünvanına təşəkkür məktubu göndərilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dear prof. Ramazanov,

on behalf of Sapienza Università di Roma, and of all the European Institutions partners I would like to thank you, the Rector and all the staff at Baku State University for your welcome and warm hospitality over the two days of the kick-off meeting of ECONANO project at Baku.
We have much appreciated that you, together with Dr. Ahmadov and all your staff, decisively contributed to establish a friendly atmosphere during the event. Thank you also for having spent much of your time to make comfortable our stay in Baku.
I thank you for the organization of the agenda of the meeting, allowing us to discuss of all the aspects and issues related to project implementation, and for the opportunity you gave us to visit your Department and to discuss with your researchers and technicians.
I can say right now that's a great pleasure to work with you, and that our cooperation will be fruitful and successful, even beyond the specific objectives of the project.

Best regards
Luca Di Palma

Bookmark and Share