Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

ECONANO TEMPUS layihəsinin I mərhələsi başa çatmış

23/01/2015

İtaliyanın Sapienza Roma Universitetinin koordinatorluğu ilə Bakı Dövlət Universitetində həyta keçirilən ECONANO TEMPUS layihəsinin I mərhələsi başa çatmışdır. Bu mərhələdə ECONANO tələbələrinə 3 ay müddətində 6 moduldan ibarət 9 fənndən, layihədə iştirak edən universitetlərin professor və müəllimləri tərəfindən mühazirələr oxunmuş, praktiki məşğələlər və laboratoriya dərsləri keçilmişdir. Yanvarın 21- 22 – də Sapienza Roma Universitetinin professoru Luka Di Palma tələbələrdən imtahan götürmüşdür. İmtahanı müvəffəqiyyətlə verən tələbələrdən 9 nəfər İtaliyanın Sapienza Roma, 2 nəfər Yunanıstanın Patras və 1 nəfər Fransanın Paris 13 Universitetinə 3 ay müddətində oxumaq üçün seçilmişlər. Tələbələrin təhsili ECONANO layihəsinin maliyə dəstəyi ilə həyata keçiriləcək. Professor Luka Di Palma ECONANO layihəsinin icrasının müvəffəqiyyətlə keçməsinə şərait yaratığına görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, layihənin Azərbaycan üzrə koordinatoru prof.M.Ə.Ramazanova və layihədə iştirak edən professor və müəllimlərə öz təşəkkürünü bildirmişdir.

Bookmark and Share