Search

Axtarış


ELAN

27/06/2018
Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər!

Gənc alimlər Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçiblər

22/06/2018
Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə  Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.

BDU nun rektoru akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir

13/06/2018
BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı.  Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında  tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.

Fizika fakültəsinin doktorantları Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər

18/11/2016

MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB   ölkələrinin   Nanotexnologiya   üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında 16.10.2016 - 15.11.2016-cı il tarixlərində 9 MDB ölkəsindən 20 nəfər gənc tədqiqatçı alim seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə  proqramı”-nda iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər. Proqram çərçivəsində onlar BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olmuş, nəzəri və praktiki seminarlarda iştirak etmişlər. Proqrama uyğun olaraq elmi-istehsalat mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov innovasiya mərkəzinə təşkil olunmuş ekskursiyalarda iştirak etmişlər.

Hər il olduğu kimi bu il də həmyerlilərimiz  ''Azərbaycan günü'' təşkil edərək müxtəlif ölkələrdən olan həmkarlarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumat veriblər. Böyük maraqla qarşılanan tədbirin sonunda tariximizi, mədəniyyətimizi əks etdirən suvenirlər iştirakçılara təqdim edilmişdir.

Təcrübə proqramına əsasən iştirakçılar qruplar şəklində bölünərək, layihələr təqdim etmiş və bir ay müddətində həmin layihə üzərində işləmişlər. Proqramın sonunda iştirakçılar təqdim etdikləri layihələri komissiya qarşısında uğurla müdafiə edərək diploma layiq görülmüşlər.

Bookmark and Share