Search

Axtarış


Təbrik edirik!

12/01/2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019
10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018
20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

Gənc alimlər Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçiblər

22/06/2018

Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə  Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.

Bookmark and Share