Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

Görkəmli alim Roald Zinnurovic Saqdeev Nano Araşdırmalar laboratoriyasının qonağı olub

07/06/2017

ABŞ Merilend Universitetinin professoru Roald Zinnurovic Saqdeev Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nano Araşdırmalar laboratoriyasının qonağı olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov son illər fakültədə əldə edilən nailiyyətlər, o cümlədən  laboratoriyanın fəaliyyəti barədə ətraflı məlumat verib.  Professor Roald Zinnurovic Saqdeev laboratoriyada həyata keçirilən işləri yüksək dəyərləndirib və bu istiqamətdə fikirlərini bölüşüb. Daha sonra fakültə əməkdaşaları ilə bir sıra aktual elmi mövzular və əməkdaşlıq məsələləri müzakirə olunub..

Bookmark and Share