Search

Axtarış


05 aprel 2017-ci il tarixində BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir

05/04/2017
İclasda elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü A.Kazımzadə BDU-nun 2016-cı il üçün elmi hesabatını təqdim etmişdir. Hesabatdan sonra xüsusilə fərqlənmiş fakültə, kafedra və alimlər mükafatlandırılmışlr. 2016-cı ildə elmi-tədqiqat işlərində uğurlu nəticələr əldə etdiyinə görə Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası Bakı Dövlət Universiteti üzrə “İlin kafedrası” adına layiq görülmüşdür.

Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara BDU-nun Nano Araşdırmalar Laboratoriyasında məruzə ilə çıxış etmişdir

03/03/2017
2 mart 2017-ci il tarixində BDU-nun Fizika fakültəsinin Nano Anaraşdırmalar laboratoriyasına Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara gəlmişdir. Prof. Hirotaka İharanı Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov salamlayaraq bildirmişdir ki, Kumamoto ilə artıq 1 ildən artıqdır ki, sıx elmi əlaqələr qurulmuşdur və artıq ikinci professordur ki, Nano Araşdırmalar Mərkəzinə gəlir.

Təhsil Nazirliyinin Elmdən Təhsilə layihəsi çərçivəsində həyata keçirilən Novruz mühazirələrinin növbəti görüşü Bakı Dövlət Universitetində olub

28/02/2017
Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində həyata keçirilən “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində olub.Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb, bayram günlərində cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkür edib. Ötən müddət ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalara diqqət çəkən rektor “Kiçik zərrəciklərin böyük qüdrəti: nanotexnologiyalar” mövzusunda mühazirə demək üçün sözü BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti  Flora Hacıyevaya verib.

IX sinif şagirdi Aylin Anar qızı Süleymanova Prof. M. Ə. Ramazanov, F.r.e.n. A. Q. Həsənov və Dosent İ. S. Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin riyazi modelləşdirilməsi” mövzusunda tədqiqat layihəsi Qızıl Medala layiq görülmüş

28/04/2016

Bakı şəhəri 6 saylı liseyin  IX sinif şagirdi Aylin Anar qızı Süleymanova Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində Prof. Məhəmmədəli Əhməd oğlu Ramazanov, F.r.e.n. Arzuman Qardaşxan oğlu  Həsənov və Dosent İsmət Süleyman oğlu Əhmədovun   rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin riyazi modelləşdirilməsi” mövzusunda  tədqiqat layihəsi  23 aprel 2016 - cı il tarixində Gürcüstan respublikasının Tbilisi şəhərində Gürcüstan Təhsil Nazirliyi,  Beynəlxalq Qara Dəniz Universitetləri Birliyi və 40 ölkənin iştirakı ilə keçirilən X  Beynəlxalq Gənc Araşdırmaçılar Lahiyəsi Olimpiadasının  Fizika nominasiyası üzrə təqdim olunmuş layihələr içərisində qalib hesab  edilərək Qızıl Medala layiq görülmüş və Azərbaycan bayrağını intellektual yarışmada yüksəyə qaldırmışdır.

Bookmark and Share