Search

Axtarış


Fizika fakültəsinin doktorantları Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər

18/11/2016
MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB   ölkələrinin   Nanotexnologiya   üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında 16.10.2016 - 15.11.2016-cı il tarixlərində 9 MDB ölkəsindən 20 gənc tədqiqatçı alim seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə  proqramı”-nda iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçmişlər.

08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir

08/11/2016
08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. Fakültənin dekanı prof. M.Ə.Ramazanov iclası açıq elan etdikdən sonra  iclasda iştirak edən BDU-nun Tədris-Metodiki Şurası nümayəndələrinə və digər qonaqlara  Şuranın işində iştirak etdikləri  üçün öz təşəkkürünü bildirdi.

Kafedranın müdiri prof.M.Ə.Ramazanovun ad günü

31/10/2016
Kafedranın müdiri prof.M.Ə.Ramazanovun ad günü münasibətilə "Nanomaterialların kimyəvi fizikası" kafedrasının kollektivi onu təbrik edir

Kafedranın müdiri prof.M.Ə.Ramazanovun ad günü

31/10/2016

Əziz və hörmətli Məhəmmədəli müəllim! Ad günü münasibətilə "Nanomaterialların kimyəvi fizikası" kafedrasının, "Nano araşdırmalar" laboratoriyasının, "Radiasiya və onun ətraf mühitə təsiri" ETL-nın əməkdaşları Sizi ürəkdən təbrik edir , elmi işlərinizdə uğurlar və mökəm can sağlığı arzulayırlar.

Bookmark and Share