Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

İlin nəticələrinə görə fakültə mükafatlandırılıb

08/04/2015

BDU-nun Böyük Elmi Şurasınının iclasnda 2014-cü ilin hesabatı dinlənilmiş və 2014 -cü ildə təhsil və elmi-tədqiqat işlərinin yerinə yetirilməsininin nəticələrinə görə fizika fakültəsi BDU rəhbərliyi tərəfindən təbiət fakültələri üzrə İlin nəticələrinə görə fakültə mükafatlandırılıb. Bu münasibətlə fakültənin professor-müəllim və tələbə heyyətini təbrik edirik. Yeni uğurlar arzulayırıq. İcasda iştirak edən Bakı Ali məktəblərin Rektorları Nano araşdırmalar laboratoriyasında olmuşlar. Fakültənin dekanı prof.M.Ə.Ramazanov burada aparılan elmi tədqiqat işlər haqqında ətraflı məlumat verdi və iştirakçılar laboratoriyanın texniki imkanları ilə tanış oldular.

Bookmark and Share