Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

Magistirlərin MDB ölkələrinin V ali kurs və konfransında iştrakı

10/07/2012

Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nanomateriallarin kimyəvi fizikası" kafedrasının I kurs magistrantları Nəcəfova Afət Şirin qızı və Quliyeva Vüsalə Mirzəli qızı 17 iyun - 5 iyul 2012-ci il tarixlərində Dubna və Moskva şəhərlərində keçirilən MDB ölkələrinin gənc alim, aspirant və yuxarı kurs tələbələri üçün Nanosistem və materialların müasir tədqiqat metodlarına dair V Ali Kurs və Konfransında iştirak etmişlər.  Ali kursların Dubna mərhələsində "Elementar hissəciklərin aktual fiziki problemləri", " Neytronların köməyi ilə nanosistemlərin tədqiqi", "Gənc alimlərin innovasion proyektlərinə dəstək" və s. mövzularda mühazirələri dinləməklə yanaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Объединенный Институт Ядерных Исследований) laborator praktikalarda iştirak etmişlər. V Ali kursların Moskva mərhələsində isə  magistrantlar Kurçatov İnstitutunda (НИЦ “Курцатовский Институт”) "Nanomaterialların sinxrotron şüalanma metodu ilə tədqiqi", "Nano- və bioobyektlərin elektron mikroskopiyası" və s. mövzularda mühazirələrdə iştirak etmiş və Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda  (Институт Кристаллографии РАН) laborator praktikada olmuşlar. Kursun sonunda magistrantlar sertifikatla təltif edilmişdilər.





Bookmark and Share