Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

MDB ölkələrinin gənc alimlərinin Dubnaya səfəri

04/11/2013

Nanoaraşdırmalar laboratoriyasının b.e.i., Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, k.üzrə f.d. Flora Vidadi qızı Hacıyeva və Fizika fakültəsinin tyutoru Aynurə Hidayət qızı Kərimova 28 oktyabr – 3 noyabr, 2013-cü il tarixlərində müstəqil dövlətlərin, xaricdə yaşayan həmvətənlərin əməkdaşlığı və beynəlxalq humanitar həmrəylik məsələləri üzrə Federal agentliyin dəstəyi ilə Moskva beynəlxalq innovasiya inkişaf forumunda iştirak etmişlər. Nümayəndə heyətinin tərkibinə MDB ölkələrinin beşindən (Azərbaycan, Belarusiya, Moldova və s.) seçilmiş elm sahəsi üzrə perspiktivə malik olan 10 gənc daxil olmuşdur. İşgüzar proqram çərçivəsində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB Beynəlxalq nanotexnoloji innovasiya mərkəzinin, Təbiət, cəmiyyət və insan beynəlxalq “Dubna” universitetinin, “Dubna” xüsusi iqtisadi zonanın rəhbərliyi ilə görüşlər keçirilmişdir. Eyni zamanda, iştirakçılar sərgi və innovasiya kompaniyalarına qoşulmuş və Dubna şəhərinin administrasiyası ilə görüşmüşlər. Tədbirin əsas məqsədi MDB ölkələri arası beynəlxalq əməkdaşlığın aktiv inkişafı ilə bağlı olmuşdur. Bu proyekt MDB-nin aktiv gənclərinin elm, təhsil və innovasiya sferasında ölkələrarası iqtisadi və siyasi inteqrasiya ilə bağlı işlərə cəlb olunması ilə bağlı olmuşdur.



Bookmark and Share