Search

Axtarış


Təbrik edirik!

12/01/2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019
10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018
20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun əməkdaşları BDU-da

13/10/2016

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində adıçəkilən institutun direktor müavini və MDB ölkələrinin Nanotexnologiya üzrə innovasiya mərkəzinin direktoru Aleksandr Ruzayev, BNTİ-nin Elmi tədqiqat və tədris mərkəzinin direktoru, f.r.e.d. Stanislav Z.Pakulyak, Belarusiya Dövlət Universitetinin Nüvə Problemləri İnstitutunun direktor müavini, f.r.e.d. Yliya A.Fedotova Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmovla görüşdə BDU ilə BNTİ-nin arasında mövcud əməkdaşlığın perspektivlərindən, BNTİ-nin elmi texniki imkanlarından, Fizika fakültəsində aparılan elmi tədqiqat işlərindən, nüvə texnologiyası istiqamətində magistr hazırlığından danışılıb. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov qonaqlara tədris və elmi laboratoriyalar haqqında məlumat verib. BNTİ-nin Elmi tədqiqat və tədris mərkəzinin direktoru, f.r.e.d. Stanislav Z.Pakulyak fakültənin professor-müəllim və tələbələri qarşısında çıxış edib. Məlum olub ki, BNTİ tələbə, magistr, doktorant və müəllimlər üçün stajartırmalar təşkil edir və fakültə əməkdaşlarının bu imkanlardan yararlanmaları əlaqələrin daha da yaxşılaşmasına səbəb ola bilər. Sonda qonaqlar Nanoaraşdırmalar Mərkəzinə baş çəkib, burada aparılan işlərlə yaxından tanış olublar.

 

 

Bookmark and Share