Search

Axtarış


Təbrik edirik!

12/01/2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019
10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018
20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

Mükafatlandırma

14/04/2009

BDU rektorunun 18.12.08 ci il tarixli 2/421 saylı əmri ilə kafedranın müdiri dosent  M.Ə.Ramazanova anadan olmasının 50 və elmi-pedaqoji fəaliyyətinin 25 illiyi ilə əlaqədar olaraq təşəkkür elan olunmuş  və mükafatlandırılmışdır. 3 dekabr 2008 –ci il tarixində dosent  M.Ə.Ramazanov Heydər Əliyev adına müasir təhsil kompleksində “Nanotexnologiya - XXI əsr texnologiyasıdır ”  mövzusunda çıxış etmiş və şagirdlərin suallarına cavab vermişdir. Kafedranın baş laborantı F.V.Hacıyeva Rusiya federasiyasının “Elm və təhsil” nazirliyinin və “Elm və texnologiya” nəşriyyatının birgə keçirdikləri konkursda AQM ilə çəkdiyi şəkillərə görə diplomla təltif olunmuşdur.


Bookmark and Share