Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Moskva Dövlət Unversitetinin Bakı filialında Elmi seminar

10/02/2014

12 fevral  2014-cü il saat 15:00 M.V.Lomonosov adına Moskva Dövlət Unversitetinin  Bakı filialında REA-nın A.N.Nesmeyanov adına Element üzvi birləşmələr institutunun direktoru, REA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor, Aziz Mansuroviç Muzafarovun “Makromolekulyar nanoobyektlər – sintezdən nanomateriallara qədər” («Макромолекулярные нанообъекты – от синтеза к наноматериалам») mövzusunda məruzəsi olacaqdır. Arzu edənlər dəvət olunurlar.

Unvan: Xocəsən qəsəbəsi, Unversitet küçəsi, 1.

Saat 14:15 - də H.Cavid heykəlinin qarşısından Unversitetin xidməti avtobusu yola düşəcəkdir. Əlaqə tel.: 5989332.

Dekanlıq

Bookmark and Share