Search

Axtarış


BDU alimləri Vyanada STAR-NET-in Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclasında iştirak ediblər

08/11/2017
Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetini Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent Flora Hacıyeva təmsil edib. Şəbəkənin icraçı direktoru Andrey Kosilov çıxış edərək tədbirin zəruriliyi, şəbəkənin strukturu, yenidən seçilməsi və rəsmi qeydiyyatdan keçdikdən sonra fəaliyyəti haqqında məlumat verib. BAEA-nın maliyyə dəstəyi ilə keçirilən iclasda şəbəkənin yeni strukturu müəyyənləşib və professor Məhəmmədəli Ramazanov yenidən rəyasət heyətinə üzv seçilib. Tədbirlə bağlı davam edən dəyirmi masalarda STAR-NET şəbəkəsi təhsil portalının geniş müzakirələri aparılıb və görülən işlər yüksək qiymətləndirilib. Müzakirələr zamanı tədbir iştirakçıları qeyd ediblər ki, nüvə texnologiyasının istifadəsi bugünkü dünya üçün reallıqdır və onun nəticəsinin ümümbəşəri əhəmiyyəti var. Nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır və hazırlıq işləri BAEA-nın nəzarəti altında aparılmalıdır. Qeyd edək ki, STAR-NET şəbəkəsi Beynəlxalq Atom Agentliyinin (IAEA) dəstəyi ilə 2015-ci ilin sentyabrında yaradılıb və Avstriyada rəsmi qeydiyyatdan keçib. STAR-NET regional şəbəkənin əsas məqsədi nüvə sahəsində biliklərin inkişafı, idarə edilməsi, saxlanılması, yüksəkixtisaslı insan ehtiyatlarının yaradılması, təhlükəsiz nüvə texnologiyası sahəsində kadrların formalaşdırılmasının yaxşılaşdırılmasıdır. Şəbəkəyə 6 ölkədən 12 universitet qoşulub və Bakı Dövlət Universiteti bu şəbəkənin üzvüdür. Onu da qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların Cventendorfdakı Atom elektrik stansiyasına ekskursiyaları təşkil olunub.

Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları İtaliyanın Roma şəhərində Beynəlxalq Elmi konfransda iştirak ediblər

02/10/2017
24-27 sentyabr 2017-ci il tarixində İtalyanın Roma şəhərində II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi (2nd International Conference on NANOTECHNOLOGY BASED INNOVATIVE APPLICATIONS FOR THE ENVIROMENT –NİNE 2017 adlı elmi konfransı keçirilmişdir. Konfrans Italian  Association of Chemical Engineering (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı H.A.Şirinova və  Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi K.Ə.Hüseynov Romada keçirilən bu kanfransda iştirak etmişlər.

Şərəfli ömrün məqamları

25/09/2017
XX  əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı.  Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.

Nano Araşdırmalar Laboratoriyası açılmışdır

11/10/2011

Bakl Dövlət Universitetində  Nanomateriallar və Nanotexnologiyalar üzrə elmi araşdırmaların hazırda dunyanın elm sahəsində prioritet istiqamət olduğunu nəzərə alaraq kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakultələrinin  bazasında 2005-ci il tarixində "Nano araşdırmalar mərkəzi"  və "Nanomaterialların kimyəvi fizikası" kafedrası açılmışdır  və elə vaxtdan da nanotexnologiyalar istiqamətində  kadr hazırlığı və tədqiqat işləri aparılır. BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı uğurlu tətbiqi xarakterli araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq maliyyə mərkəzləri alimlərimizin işlərinə böyük məbləğdə qrant layihələri ayırırlar. Alimlərimizin nanotədqiqatlar sahəsində apardığı tədqiqat işləri dünyanı indekslənən TomsonReyter agentliyinin siyahısına düşəş yüksək impact factora malik jurnallarında  dərc edilir. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilmişdir. BDU-da bu istiqamətdə aparılan işlərin miqyasını və səviyyəsini daha da artırmaq məqsədi ilə ən müasir cihazlarla təchiz edilmiş yeni nanoaraşdırmalar laboratoriyası oktyabrın 11-də acılmışdır. Laboratoriya çox yüksək ayrıd etmə qabiliyyətinə malik atom qüvvə və tunel mikrosku, Furye spektrometri, spektroflüorimetr, spektofotometr, böyük ayırd etmə qabiliyyətinə malik müasir optik mikroskop, qamma spektrometri və sair qiymətli cihazlarla təchiz edilmişdir. Laboratoriyanın açılışında Bakı Dövlət Universitetinin rektoru, akad. A.M.Məhərrəmov, Moskva Dövlət Universitetinin rektoru akad. Sadovniçiy V. A., akad. Lunin V.V., MDB-nin Nanotexnologiya üzrə innovasiya mərkəzinin direktoru V.A.Ruzayev, Rumıniyanın Ovidus Universitetinin prof. Eden Mamut, Bilkənd Universitetinin prezidenti prof. Əli Doğramacı, ABŞ-ın Delaver Universitetinin prof. İsmat Shah, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Semyonov A. L. və başqaları iştirak etmişlər:

Bu haqqda mətbuatda geniş informasiyalar yayılmışdır:

www.azertag.gov.az
www.respulica-news.az
www.xalqqazeti.com
www.yeniazerbaycan.com
www.trend.az/news/society/1943446.html
http://modern.az/articles/17786/1/




 

Bookmark and Share