Search

Axtarış


Təbrik edirik!

12/01/2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019
10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018
20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları İtaliyanın Roma şəhərində Beynəlxalq Elmi konfransda iştirak ediblər

02/10/2017

24-27 sentyabr 2017-ci il tarixində İtalyanın Roma şəhərində II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi (2nd International Conference on NANOTECHNOLOGY BASED INNOVATIVE APPLICATIONS FOR THE ENVIROMENT –NİNE 2017 adlı elmi konfransı keçirilmişdir. Konfrans Italian  Association of Chemical Engineering (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı H.A.Şirinova və  Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi K.Ə.Hüseynov Romada keçirilən bu kanfransda iştirak etmiş və uyğun olaraq ROLE OF STRUCTURE OF THE NANOCOMPOSITES BASED ON POLYPROPYLENE AND MAGNETITE NANOPARTICLES ON THEIR THERMAL PROPERTIES(A.M.Maharramov, M.A.Ramazanov,Luca Di Palma, F.V.Hajiyeva, H.A.Shirinova, U.A.Hasanova) və PHOTOCATALYTIC DEGRADATION OF ORGANIC POLLUTANTS IN AIR BY APPLICATIN OF TITANIUM DIOXIDE NANOPARTICLES. (Mammadov G., Ramazanov M., Kanaev A., Hasanova U., Huseynov K.,) adlı məruzə ilə çıxış etmiş, konfrans iştirakçıları tərəfindən verilən sualları cavablandırmışlar. Konfrans müddətində digər ölkə iştirakçıları ilə elmi diskusiyalar aparılmış , birgə  əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Ümumilikdə konfransda 17-si xarici müəlliflərin olmaqla  80 dən çox elmi iş məruzə olunmuş və ya posterlərlə təqdim olunmuşdur.

Qeyd edək ki, NiNE 2017 ikinci beynəlxalq konfransına Azərbaycan tərəfindən BDU əməkdaşlarının həm műəllif olduğu 5məqalə göndərilmişdir və bu məqalələr Thomson Reuters agentliyi tərəfindən indekslənmiş Chemical Engineering Transaction jurnalında dərc olunacaqdır. Həmçinin Nanomateriallarin kimyəvi fizikası kafedrasının bir sıra aspirantlarınin ikinci elmi rəhbərləri La Sapienza universitetinin professorlarıdır. O cümlədən NINE2017 ikinci beynəlxalq elmi konfransının iştirakçısı  H.A.Şirinovanın da elmi rəhbərləri Bakı Dövlət Universitetinin professoru prof.M.A.Ramazanov və La Sapienza Universitetinin professoru prof.Luca Di Palmadır.

 

Bookmark and Share