Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

19/10/2018

BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib. Elmi seminarda Mərkəzin əməkdaşı , əslən Cənubi Koreyadan olan, aparıcı elmi işçi, fəlsəfə doktoru Jiseok  Kim  “Biomedical and electronic applications with nanomaterials” (Nanomateriallarla biotibbi və elektronik tətbiqlər )  mövzusunda çıxış edib. O, apardığı elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış edib, seminar iştirakçılarının suallarını cavablandırıb , onların təklif və iradlarına münasibət bildirib.

Qeyd edək ki, Nanoaraşdırmalar Mərkəzində bu il fəaliyyətə başlayan Kim Jiseok bakalavr səviyyəsi üzrə təhsilini Türkiyədə, magistratura səviyyəsini Cənubi Koreyada, doktoranturanı isə Kanadada bitirib . Seminarda Nanoaraşdırmalar Mərkəzinin əməkdaşları, doktorantları və tələbələr iştirak ediblər.

Bookmark and Share