Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

Nanoelm və nanotexnologiya adlı ensiklopediya çapdan çıxmışdır

04/03/2011

Azərbaycanın ğörkəmli alim və mütəxəssisləri akad. Azad Mirzəcanzadə, akad. Abel Məhərrəmov, Rövnəq Abdullayev, akad. Xoşbəxt Yusifzadə, prof. Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, f.e.d. Məhəmmədəli Ramazanov, Şəbiyar Şəfiyev və Elçin Kazımov tərəfindən təqdim olunmuş “Neft sənayesində nanotexnologiya” adlı elmi iş YUNESKO (BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı) tərəfindən yüksək qiymətləndirilib və bu qurumun “Nanoelm və nanotexnologiyalar. Həyatı təmin edən sistemlər ensiklopediyası”  kitabında rus dilində işıq üzü ğörüb. Bu ensiklopediya ilk dəfə YUNESKO-nun yardımı ilə ingilis dilində İngiltərənin EOLSS on-layn nəşriyyatı tərəfindən dərc edilib. Nəşrin baş redaktorları dünya şöhrətli alimlər - Sergey Kapitsa (Rusiya), Osama Avadelkərim (ABŞ) və Çunli Baydır (Çin). 1000 səhifəlik “Nano­­­ elmi və nanotexnologiyalar. Həyatı təmin edən sistemlər ensiklopediyası”nin hazırlanması üçün beynəlxalq komissiya yaradılmış və kitabın nəşri MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yardımı ilə baş tutmuşdur. 2011-ci ildə işıq üzü görmüş kitabın nəşrində, həmçinin, bir neçə təşkilat iştirak edib. Onların arasında Rusiyanın “ROSSOTRUDNİÇESTVO” Federal Agentliyi, Rusiya Dövlət Dumasının Elm və elmtutumlu texnologiyaları üzrə Komitəsi, Rusiyanın YUNESKO-dakı daimi nümayəndəliyi, YUNESKO-nun Moskva Bürosu və Moskva Dövlət Texniki Universiteti var. Ensiklopediyanın rusdilli versiyası bir neçə nəşriyyatın birgə əməyi sayəsində işıq üzü görüb: YUNESKO, EOLSS və Russiyanın “MAGİSTR-PRESS” Nəşr Evinin. Ensiklopediyanın rusdilli versiyasının oxucularına müraciət edən “ROSSOTRUDNİÇESTVO” Agentliyinin rəhbəri Farit Muxametşin qeyd edib ki, bu kitab MDB ölkələrinin (Azərbaycan, Rusiya, Ukrayna, Belorus və sair) tanınmış alimlərinin iştirakI ilə hazirlanıb.  Rusiya prezidentinin MDB işləri üzrə xüsusi nümayəndəsi vəzifəsində də çalışan Farit Muxametşin nanotexnologiyaların tətbiqinin əhəmiyyətinə toxunub, yeni nəşrin bu elmi sahənin populyarlaşmasına xidmət edəcəyini vurğulayıb. Ensiklopediyanın oxucularına, həmçinin,  “MAGİSTR-PRESS” Nəşr Evinin baş direktoru  professor Xarkin, və YUNESKO-nun baş direktoru İrina Bokova da müraciət edib. Kitabın mündəricatı 4 bölmədən ibarətdir: elmi əsaslar,  nanotexnologiyalar, cihazlar və sistemlər, siyasət. Azərbaycan alimlərinin elmi işi ensiklopediyanın “Nanotexnologiyalar” bölməsində yerləşdirilib.

http://az.apa.az/xeber_Muellifleri_azerbaycanlilar_olan_elmi__215637.html

http://www.icmal.az/fullstory.php?news_id=142854

http://www.qhtxeber.az/news/a-7994.html

http://abc.az/rus/news/52186.html

http://www.nanonewsnet.ru/blog/nikst/vysokaya-otsenka-yunesko

http://www.salamnews.org/ru/news/read/37977/pyunesko-visoko-ocenilo-nanorazrabotku-azerbaydans


Bookmark and Share