Search

Axtarış


Fizika fakültəsinin doktorantları Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər

18/11/2016
MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB   ölkələrinin   Nanotexnologiya   üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında 16.10.2016 - 15.11.2016-cı il tarixlərində 9 MDB ölkəsindən 20 gənc tədqiqatçı alim seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə  proqramı”-nda iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçmişlər.

08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir

08/11/2016
08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. Fakültənin dekanı prof. M.Ə.Ramazanov iclası açıq elan etdikdən sonra  iclasda iştirak edən BDU-nun Tədris-Metodiki Şurası nümayəndələrinə və digər qonaqlara  Şuranın işində iştirak etdikləri  üçün öz təşəkkürünü bildirdi.

Kafedranın müdiri prof.M.Ə.Ramazanovun ad günü

31/10/2016
Kafedranın müdiri prof.M.Ə.Ramazanovun ad günü münasibətilə "Nanomaterialların kimyəvi fizikası" kafedrasının kollektivi onu təbrik edir

Nanomaterialların kimyəvi fizikası kafedrası ilin kafedrası adına layiq görülüb

06/04/2016

Nanomaterialların kimyəvi fizikası kafedrası 2015-ci ildə emi-tədqiqat işlərinin yerinə yetirilməsininin nəticələrinə görə ilin kafedrası adına layiq görülmüşdür. Kafedraya bir ədəd Fərdi kompüter hədiyə verilmişdir. Bu münasibətlə kafedra əməkdaşlarını təbrik edirik və yeni uğurlar arzulayiriq.

Bookmark and Share