Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

Nobel Mükafatı laureatlarının işirakı ilə «Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa keçirilmişdir

30/10/2013

Bu gün Bakı Dövlət Universitetində Nobel Mükafatı laureatlarının Laflin Robert Betts (Fizik), David Gross (Fizik), Markus Rudolf Arturun (Kimya) işirakı ilə « Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov Nobel mükafatçılarını salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Maraqlı elmi müzakirələrin keçdiyi dəyirmi masada professorlar - Məhəmmədəli Ramazanov “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazov “Neft sənayesində nanotexnologiyalar” (Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə işləri) və Eden Mamut “Nanomayelər sahəsində elmi tədqiqatların hazırki vəziyyəti– gələcək təqdiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzusunda məruzə ediblər. Nobel mükafatçıları Bakı Dövlət Universitetində elmi müstəvidə bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar nano tədqiqatlar sahəsində aparılan tədqiqat işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd ediblər. Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə öz tövsiyyələrini veriblər. Dəyrmi masa verilən suallara ətraflı cavablarla başa çatıb.




Bookmark and Share