Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

Nobel mükafatçısı BDU-da olmuşdur

03/10/2012

Nobel mükafatçısı BDU-da olmuşdur 3 oktyabr 2012-ci il tarixində Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi Nobel mükafatı laureatı George Fitzgerald Smoot Bakı Dövlət Universitetində olmuşdur. BDU-nun rektoru, akademik Abel Məhərrəmov alimi qəbul edib. Universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Amerika universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir. Nanotexnologiya və innovasiyalardan danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Sonra Nobel mükafatı laureatı George Fitzgerald Smoot Fizika fakültəsinin müəllim və tələbələrinə mühazirə oxumuşdur.Görkəmli alim müəllim və tələbələrin verdiyi suallara ətraflı cavab vermişdir. Sonra Nobel mükafatı laureatı George Fitzgerald Smoot BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olmuş, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmuş, bu işlərə yüksək qiymət vermişdir. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini vermişdir.







Bookmark and Share