Search

Axtarış


Fizika fakültəsinin doktorantları Dubna şəhərində diplomla təltif olunublar

11/09/2017
Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə  proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB  ölkələrinin  Nanotexnologiya  üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif  MDB ölkələrindən 30-dək gənc alim  iştirak edib. Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara  Rəhimli və Aydan Qəribli  təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar  Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov  İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.

Kanadalı nazir Bakı Dövlət Universitetində

05/09/2017
Kanadanın Ontario vilayətinin Tədqiqat, Elm və İnnovasiyalar üzrə naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu  ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələri, o cümlədən Kanada Universitetləri ilə elm-təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olmasından bəhs edib. Nazir Reza Moridi, öz növbəsində, qəbul üçün təşəkkürünü bildirib və Bakı Dövlət Universiteti ilə Ontario universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Nazir universitetlərarası humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsinin, həmçinin tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Daha sonra nümayəndə heyəti universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olub, Nanoaraşdırmalar mərkəzində yerinə yetirilən tədqiqat işləri ilə yaxından tanış olublar.

Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Nanoaraşdırmalar laboratoriyasında olublar

11/07/2017
Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olublar. Tokyo Boeki şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi laboratoriyanın rəhbəri və işçi heyəti ilə görüşüb, görülən işlər, tədqiqat istiqamətləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini irəli sürüb, gələcək əməkdaşlıq çərçivəsində müasir elektronikanın əsasını təşkil edən inteqral sxemlərin innovativ üsullarla hazırlanması və materialşünaslıqda istifadə olunan ən son diaqnostik və analiz avadanlıqları ilə təmin edə biləcəklərini vurğulayıblar.  

prof. M.Ə.Ramazanov Kiyevdə Ukrayna Milli EA və Tokyo Boeki Technology Ltd. birgə təşkil etdiyi beynəlxalq forumun və sərginin işində iştirak etmişdir

01/10/2012

25 sentyabr 2012-ci il tarixdən 27 sentyabr 2012-ci il tarixinə qədər Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov Kiyev şəhərində Ukrayna Milli EA və "Tokyo Boeki Technology Ltd." birgə təşkil etdiyi 5-ci "Laboratoriyaların komleks təhcizatı" adlı beynəlxalq forumun və sərginin işində iştirak etmək üçün Kiyev şəhərində ezamiyyətdə olmuşam. Forum zamanı dünyanın müasir laboratoriya cihazlarının istehsalçıları olan Yaponiyanın Jeol, Hitaci, Rigaku, Shimadze, Almaniyanın Carl Zeiss, Brukker, İngiltərənin Oksford İnstruments Ukraynanın bir sıra materiallar və avadanlıqlar istehsalçıları olan şirkətlərin təqdim etdiyi laborator avadanlıqlarla və cihazlarla tanış olmuşdur və gələcəkdə yuxarıda adları qeyd edilən şirkətlətlə BDU arasında əməkdaşlıqlar barədə razılıqlar əldə edilmişdir. Eyni zamanda ezamiyyət zamanı prof. Ukrayna Mikrobiologiya və virusologiya institutunda PEM JEM-1400 markalı işıqlanan mikroskopunun iş prinsipi və texniki imkanları ilə yaxından tanış olmuşdur. Ukrayna EA Metal fizikası institutunda Yaponiya istehsalı olan JSMP-4500 markalı skanedici atom, tunel mikroskopu və rentgen spektroskopiyası cihazı ilə tanış olmuş və onun texniki imkanlarını mütəxəssislərlə müzakirə etmişdir. Ukrayna EA Geokimya, mineralogiya və filizyaranma institutunda Yaponiyanın JEOL şirkətinin istehsal etdiyi JSM-6700F və Geokimya institutunda JSM-6490 markalı skanedici elektron mikroskopunun iş prinsipi ilə yaxından tanış olmuş və BDU-ya alınmış JSM-7600F mikrokopu ilə müqayisəli təhlillərini mütəxəssislərlə müzakirə etmişdir.

Bookmark and Share