Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

prof. M.Ə.Ramazanov MDB-nin Nanotexnologiya üzrə innovasiyalar mərkəzinin illik hesabatında iştirak etmişdir.

16/05/2011

Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri prof. M.Ə.Ramazanov 11-13 may tarixlərində Dubna şəhərində MDB-nin Nanotexnologiya üzrə innovasiyalar mərkəzinin illik hesabat və gələcək proqram layihəsinin qəbulu ilə əlaqədar keçirilən iclasında iştirak etmiş və BDU adından Proqram layihə sənədlərini imzalamışdır. Tədbirdə MDB ölkələrinin nanotexnologiya üzrə müxtəlif dövlət qurumları iştirak etmişdir. Səfər zamanı BDU-nun alimlərinin təqdim etdiyi 2 innovasiya qrant layihəsi  MDB-nin Nanotexnologiya üzrə innovasiya mərkəzinin müsabiqəsinin qalibi olmuşdur. Qrant layihələrinin hər birinin dəyəri 500000,0 Rusiya rubludur.

Bookmark and Share