Search

Axtarış


Təbrik edirik!

12/01/2019
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019
10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018
20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

Professor BDU-nun Nanoaraşdırmalar Mərkəzində mühazirə oxuyub

03/12/2018

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində Türkiyənin hərbi məhsulların istehsalı ilə məşğul olan Vestel Müdafiə Sənayesinin əməkdaşı professor Sadiq Quliyev mühazirə oxuyub.

Professor-müəllim heyətinin iştirakı ilə keçirilən seminarı açan Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov  qonaq haqqında ətraflı məlumat verib. Bildirib ki, professor S.Quliyev 20 ildən artıqdır ki, Türkiyənin müxtəlif tədqiqat və sənaye mərkəzlərində çalışır və tətbiqi kimya sahəsində tanınmış alimdir. Onun əvvəllər SSRİ Elmlər Akademiyasının A.N.Frumkin adına Elektrokimya İnstitutunda, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərdiyini, məruzəsinin isə BDU-nun Nanoaraşdırmalar Mərkəzinin elmi istiqaməti baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra professor Sadiq Quliyev “Qatı oksid yanacaq elementləri” mövzusunda məruzə edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bookmark and Share