Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

Professor Məhəmmədəli Ramazanov Yaponiyada elmi səfərdə olmuşdur

17/05/2013

Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov, Nano araşdırmalar mərkəzinin böyük elmi işçisi f.r.e.n. Ağamalıyev Zöhrab Ədalət oğlu və Radiyasiya və onun ətraf mühitə təsiri ETL-in baş laborantı, doktorant Əliyevə Sevinc Qərib qızı Yaponiyanın Tokyo Boyko şirkətinin rəsmi dəvəti ilə Yaponiyada elmi səfərdə olmuşlar. Səfər zamanı Z. Ə. Ağamalıyev və S.Q.Əliyeva JEOL şirkətinin istehsal etdiyi JSM 7600 markalı skanedici elektron mikroskopunun iş prinsipi ilə, nümunələrin mikroskopda səklinin alınması üçün ilkin hazırlıq mərhələləri ilə yaxından tanış olmuş və treyning keçmişlər. Sonda onlarin hər ikisinə JEOL-un sertifikati təqdim edildi. Prof. M.Ə.Ramazanov JEOL şirkətinin istehsal etdiyi JSM-7600, Elektron Spin Rezonansı və Nüvə Maqnit Rezonansı cihazlarının iş prinsipləri ilə yaxından tanış olmuş və cihazların imkanları barədə JEOL-un mütəxəssisləri T.Kikuch, T.Suzuki, Y.Mizuta ilə müzakirələr etmişdir. Eyni zamanda o, TEM və GC/LC-TOFMS xrommasspektrometri ilə tanış olmuşdur. Yaponiyaya səfər zamanı prof. M.Ə.Ramazanov Nikon korporasiyasında olmuş və orada hazırlanan cihazların texniki imkanları ilə yaxından tanış olmuş, cihazlarda aparılan tədqiqat işlərində iştirak etmişdir. Görüş zamanı Korporasiyanın Biotədqiqatlar Marketing Departementinin əməkdaşları Ph.D. Kenji Takatsuka və Yoshimitsu Tsuboi Tibbi-bioloji sistemlərdə tədqiqat aparmaq üçün ifrat yüksək ayrıd etmə qabiliyyətinə malik flüeresent mikroskopunun imkanları barədə ətraflı məlumat vermişlər. Nikon korporasiyasının əməkdaşı Noboru Hirakava robotla təchiz olunmuş biostansiyanın inkanları və işləmə prinsipi barədə prof. M.Ə.Ramazanovla müzakirələr aparmışdır. Səfər zamanı Rigaku korporasiyasında Benchtop X-ray Diffractometer MiniFlex 600 iş prinsipi ile yaxından tanış olunmuş və qarşıya cıxan problemlər müzakirə olunmuşdur. Səfər zamanı Nikon korporasiyasının prezidenti ilə görüş olmuş və gələcək əməkdaşlıq barədə danışıqlar aparılmışdır.



























Bookmark and Share