Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

prof.M.Ə.Ramazanov Donetsk və Moskva şəhərlərində elmi ezamiyyətdə olmuşdur

23/04/2011

Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri prof.M.Ə.Ramazanov Donetsk və Moskva şəhərlərində elmi ezamiyyətdə olmuşdur.

prof.M.Ə Ramazanov 14 aprel  2011-cı il   tarixdən  17 aprel  2011-cı il tarixinə qədər Ukrayna Respublikasının Donetsk  şəhərində  MDB ölkələrinin "Ukrayna Texnolend" elmi-tətbiq muzeyinin təsis yığıncağında iştirak edərək, BDU adından sənədləri imzalamışdır.  Təsis yığıncağında "Ukrayna texnolend”inin muzey eksponentlərinin hazırlanmasında MDB ölkələrinin elm və təhsil müəssisələri üçün ayrıca guşələrin yaradılması qərara alınmışdır.

O, həmçinin, 17 aprel 2011-ci il tarixdən 21 aprel 201-ci il tarixinə qədər olan dövrdə  Rusiya  Federasiyasının Moskva şəhərində Kimyəvi fizikanın enerji problemləri institutunda  müxtəlif ölçülü Al nanohissəcikləririnin  neft texnologiyasında  tətbiq etmək üçün birgə elmi tədqiqat işləri aparmaq barədə müzakirələr aparmışdır.  Qabaqcıl toz texnologiyaları təşkilatı ilə müxtəlif metalların nanohissəciklərinin alınıb BDU-ya gətirilməsi barədə razılıqlar əldə edilmişdir. Xromatek təşkilatından "Xromatek-Qazxrom 2000" xromatoqrafının alınması barədə danışıqlar aparmışdır.

Bookmark and Share