Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

19/10/2018
BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib. Elmi seminarda Mərkəzin əməkdaşı , əslən Cənubi Koreyadan olan, aparıcı elmi işçi, fəlsəfə doktoru Jiseok  Kim  “Biomedical and electronic applications with nanomaterials” (Nanomateriallarla biotibbi və elektronik tətbiqlər )  mövzusunda çıxış edib. O, apardığı elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış edib, seminar iştirakçılarının suallarını cavablandırıb , onların təklif və iradlarına münasibət bildirib. Qeyd edək ki, Nanoaraşdırmalar Mərkəzində bu il fəaliyyətə başlayan Kim Jiseok bakalavr səviyyəsi üzrə təhsilini Türkiyədə, magistratura səviyyəsini Cənubi Koreyada, doktoranturanı isə Kanadada bitirib . Seminarda Nanoaraşdırmalar Mərkəzinin əməkdaşları, doktorantları və tələbələr iştirak ediblər.

Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasında növbəti Elmi seminar keçirilmişdir

11/10/2018
Kafedranın dissertantı Hümbətov Şirxan Ərəstun oğlu dissertasiya işində nəzərdə tutulmuş elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış etmişdir. Hümbətov Şirxan Ərəstun oğlu “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim etmişdir. Sonda seminar iştirakçılarının sualları cavablandırılmış, onların təklif və iradlarına dair müzakirələr aparılmışdır.

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

21/09/2018
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laborotoriyasının elmi işçisi, doktorant Almara Rəhimli iyun-sentyabr ayları ərzində Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində tədqiqat işi aparıb. Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu və BDU tərəfindən maliyyələşdirilib. Tədqiqatçı üç aylıq elmi ezamiyyəti müddətində kolloidal silisium nanohissəciklərinin səthinin yeni metodla polimerlə örtülməsi, xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olaraq əhəmiyyətli nəticələr əldə edib. Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

Qabaqcıl təhsil işçisi

06/11/2009

Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə BDU-nun 90-illik yubileyi münasibətilə  kafedranın dos.A.Ə.Axundov “Qabaqcıl təhsil işçisi”  döş nişanı ilə təltif olunmuşdur(Əmr N 11/673, 06 noyabr 2009).  Bu münasibətlə kafedra əməkdaşları dos. A.Ə.Axundovu təbrik edirlər.

Bookmark and Share