Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

19/10/2018
BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib. Elmi seminarda Mərkəzin əməkdaşı , əslən Cənubi Koreyadan olan, aparıcı elmi işçi, fəlsəfə doktoru Jiseok  Kim  “Biomedical and electronic applications with nanomaterials” (Nanomateriallarla biotibbi və elektronik tətbiqlər )  mövzusunda çıxış edib. O, apardığı elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış edib, seminar iştirakçılarının suallarını cavablandırıb , onların təklif və iradlarına münasibət bildirib. Qeyd edək ki, Nanoaraşdırmalar Mərkəzində bu il fəaliyyətə başlayan Kim Jiseok bakalavr səviyyəsi üzrə təhsilini Türkiyədə, magistratura səviyyəsini Cənubi Koreyada, doktoranturanı isə Kanadada bitirib . Seminarda Nanoaraşdırmalar Mərkəzinin əməkdaşları, doktorantları və tələbələr iştirak ediblər.

Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasında növbəti Elmi seminar keçirilmişdir

11/10/2018
Kafedranın dissertantı Hümbətov Şirxan Ərəstun oğlu dissertasiya işində nəzərdə tutulmuş elmi tədqiqatların nəticələrinə dair hesabat xarakterli çıxış etmişdir. Hümbətov Şirxan Ərəstun oğlu “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim etmişdir. Sonda seminar iştirakçılarının sualları cavablandırılmış, onların təklif və iradlarına dair müzakirələr aparılmışdır.

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

21/09/2018
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laborotoriyasının elmi işçisi, doktorant Almara Rəhimli iyun-sentyabr ayları ərzində Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində tədqiqat işi aparıb. Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu və BDU tərəfindən maliyyələşdirilib. Tədqiqatçı üç aylıq elmi ezamiyyəti müddətində kolloidal silisium nanohissəciklərinin səthinin yeni metodla polimerlə örtülməsi, xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olaraq əhəmiyyətli nəticələr əldə edib. Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

Şərəfli ömrün məqamları

25/09/2017

XX  əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı.  Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.

Mustafa Bayram oğlu Muradov 1957-ci ildə Ermənistan SSR-in Vedi rayonunda anadan olmuşdur. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsinin azərbaycan bölməsinin əyani şöbəsinə daxil olmuş, 1978-ci ildən təhsilini SSSR-nin Moskva Fizika Mühəndisləri İnstitunda davam etdirmişdir.  1981-ci ildə Moskva Fizika Mühəndisləri İnstitunun Fizika fakültəsini Bərk Cisimlər Fizikası ixtisası üzrə bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin Ümumi Fizika kafedrasında laborant və mühəndis vəzifəsində çalışmışdır. 1985-çi ildə Moskva Fizika Mühəndisləri İnstitunun аspirantı olmuşdur. 1987-çi ildən Bakı Dövlət Universitetinin  Yarımkeçiricilər fizikası laboratoriyasının kiçik elmi işçisi, elmi işcisi ,  aparıcı elmi işçisi vəzifələrində işləmişdir.

M.B.Muradov 1996-cı ildə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunda «CdS və CdxZn1-xS əsasında nazik təbəqələrin ionların laylı hemosorbsiyası vasitəsi ilə formalaşması zamanı fiziki proseslər» мövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

M.B.Muradov hal-hazırda Nano Araşdırmalar Mərkəzinin dosenti, aparıcı elmi işçi, müdir müavini vəzifəsində çalışır.  O nazik yarımkeçirici təbəqələrin və nanomaterialların alınması və onların fiziki xassələrinin tədqiqi sahəsində 186-dan artıq elmi əsərin müəllifidir, o cümlədən, 90 elmi məqalənin (onlardan 30-u Tomson Reyters Agentliyi siyahısına düşən nüfuzlu elmi jurnallarda) və 96 tezisin müəllifidir.

M.B.Muradov  “Nanoquruluşların fizikası və texnologiyası” sahəsində yüksək ixtisaslı mütəxəssisdir. O,  nanomaterialların alınması və onların fiziki xassələrinin tədqiqi sahəsində Avropa və ABŞ, Türkiyənin aparıcı tədqiqat mərkəzləri ilə fəal əməkdaşlıq edir, onlarla birgə qrant layihələrinin həyata keçirilməsində iştirak etmişdir. 2006-cı ildən Avropa Materialşünaslıq Cəmiyyətinin üzvüdür. Dəfələrlə bu cəmiyyət tərəfindən təşkil edilən Beynəlxalg konfranslarda məruzələrlə çıxış etmişdir.  M.B.Muradov materialşünaslıq sahəsində çap olunan bir neçə nüfuzlu beynəlxaq jurnalın rəyçisidir.

Elmi iş stajı 33 ildir. O onlarla diplomçu və magistrant, 3 aspirant yetişdirmişdir. O hal-hazırda Fizika fakültəsində Təcrübi fizikanın tədqiqat üsulları fənnindən bakalavr tələbələrinə mühazirələr oxuyur.

M.B.Muradov  bir neçə Beynəlxalq qrant layihələrinə rəhbərlik etmişdir:

2005-2007 Qrant „3486“ STCU „Polimer matrisdə formalaşmış halkogenid yarımkeçiricilərin nanohissəciklərində diffuziya və ion mübadiləsi prosesləri“; 2006-2008 Qrant “3840” STSU  “PTFE  sənaye  tullantılarının zərərsizləşdirilməsi beynəlxalq terrorizmlə mübarizə vasitəsi  kimi”;  2008-2009 COST 539 (ELENA) “Electroceramics from Nanopowders Produced by Innovative Methods”; 2010-2012 Qrant TWAS  “CdS-CuS nanozərrəcikkləri əsasında polimer matrisdə nüvə-örtük tipli strukturların  alınması və kompozit  materialların optik və elektrik xassələrinin tədqiqi”; 2010-2013 Qrant  Avropa Komissiyasının 7-ci çərçivə proqramı  “ Elektronika və Fotonika üçün nanotexnologiya platforması”.

Mustafa Muradov sadə bir insan, gözəl ailə başçısı, təvazokar alim və müəllim kimi elm aləmində, təhsilimizdə  xüsusi rəğbət qazanmışdır. Onu 60 illik yubileyi münasibətilə təbrik edir və elmdə, pedaqoji fəaliyyətində uğurlar azu edirik!

Fizika fakültəsinin dekanı, f.e.d., prof. Məhəmmədəli Ramazanov


Bookmark and Share