Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Universitetin professor-müəllim heyətinin iştirakı ilə baş tutan tədbiri açan rektor, akademik Abel Məhərrəmov baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, müasir dünyada təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli töhfələr verdiyini bildirib. İSESKO-nun fəaliyyəti barədə danışan rektor təşkilatın əsas məqsədinin İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, İslam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etmək olduğunu xüsusilə qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradıldığını, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü, qurumun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edildiyini də diqqətə çadırıb. Baş direktorun ölkəmizə həmişə diqqət göstərdiyini vurğulayan rektor beynəlxalq arenalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli və cəsarətli çıxışlar etdiyini də xatırladıb. Onun Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edildiyini, Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görüldüyünü, Azərbaycanın ali mükafatı olan “Dostluq” ordeni ilə təltif edildiyini qeyd edib.
Daha sonra İSESKO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edərək Azərbaycanda gedən davamlı inkişaf proseslərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlardan danışıb. Ölkəmizin bu uğurlarının İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılandığını bildirib. Əbdüləziz bin Osman əl-Tüveycri qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edib və BDU-nun Azərbaycan elm-təhsilindəki yerini və rolunu, o cümlədən son illər universitetin beynəlxalq nüfuzunun daha da artmasını yüksək qiymətləndirib.
İSESKO-nun baş direktoru çıxışından sonra tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Sonda Əbdüləziz bin Osman əl-Tüveycri “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük roluna, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə” “Bakı Dövlət Universitetinin Dostu” adına layiq görülüb.


Bookmark and Share