Search

Axtarış


İSESKO-nun baş direktoru Bakı Dövlət Universitetinin Dostu adına layiq görülüb

22/12/2017
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

ELAN

19/12/2017
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Sevinc Qərib qızı Nuriyevanın “Qamma şüalar və elektrik qaz boşalması ilə modifikasiya olunmuş polipropilen matrisdə Ag2S nanohissəciklərinin formalaşması xüsusiyyətləri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  və 2220.01– “Yarımkeçricilər fizikası” ixtisasları üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

15/12/2017
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir. 15 dekabr 2017-ci il tarixində Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi - müdir müavini Mustafa Muradovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantı Nərminə Dadaşovanın və I kurs magistrantı İlyas Nəsibovun elmi tədqiqat işləri ilə bağlı çıxışları olmuşdur. Nərminə Dadaşova “Kristalzasiya mühitinin temperatur ve konsentrasiyasının CuS hissəciklərinin formalaşmasına təsirinin öyrənilməsi (SILAR metodu) ” mövzusunda ,  İlyas Nəsibov isə “CdZnS nanostrukturlarının formalaşma mexanizmi” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti elmi seminar 22.12.17 tarixində keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.

İsveçrə alimləri Nano Araşdırmalar Laboratoriyasında olmuşlar

15/07/2013

Bakı Dövlət Universitetinin Fizika fakültəsi, Nanomaterialların Kimyəvi Fizikası kafedrasının nəzdindəki Nano Araşdırmalar Mərkəzi ilə Lozanna Politexnik Federal İnstitutu arasında İsveçrənin Elm Fondu tərəfindən maliyələşdirilən SCOPES proqramı çərçivəsində (Project - IZ73Z0_128068) birgə elmi tədqiqat işləri aparılır. Layihə 2010-cu ildən yerinə yetirilir və 2012-ci ilin dekabrında başa çatmalı idi. Layihənin uğurla yerinə yetirildiyini nəzərə alaraq Lozanna Politexnik Federal İnstitutunun təklifi ilə İsveçrənin Elm Fondu ona əlavə vəsait ayırmışdır və vaxtı uzadılmışdır. Hal hazırda Layihə çərçivəsində Fizika fakultəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və aparıcı elmi işçi dos. İsmət Əhmədov Lozannada elmi səfərdədir. 15 iyul 2013-cü il tarixində Lozanna Politexnik Federal İnstitutunun Fundamental Elmər fakültəsinin Kondensə Olunmuş Maddələr Fizikası İnstitunutunun Nanoquruluşlar və Yeni Elektron Materialları şöbəsinin müdiri prof. Lazslo Forro və həmin şöbənin baş elmi işçisi prof. Andrzej Sienkieviç Bakı Dövlət Universitetində Nano araşdırmalar mərkəzində səfərdə olmuşlar. Qonaqları BDU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. Aydın Kazımzadə qəbul etmiş və BDU ilə Lozanna Politexnik Federal İnstitutu ilə elmi əlaqələrə böyük dəyər verdiyini bildirmişdir. Qonaqlara BDU-da tədrisin təşkili, onun elmi potensialı haqqında və onun maddi-texniki bazası barədə ətraflı məlumatlar verilmişdir. Sonra qonaqlar Nano Araşdırmalar Mərkəzində olmuşlar və aparılacaq birgə elmi tədqiqat işləri barədə ətraflı müzakirələr aparmışlar. Mərkəzin elmi istiqamətləri ilə yaxından tanış olan qonaqlar bu işlərin əhəmiyyətinə böyük dəyər vermiş və Azərbaycan elminin dünya elminə inteqrasiyaı istiqamətində bu işlərin böyük əhəmiyyətə malik olmasını qeyd etmişlər. Səfər çərçivəsində gələcək birgə layihələr və tədqiqatlar barədə ətraflı müzakirələr aparılmışdır.



Bookmark and Share