Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

İtaliyalı professor BDU-da mühazirə oxuyub

06/04/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsində İtaliyanın Pavia Universitetinin professoru, İNFN-nın üzvü (Italian Institute for Nuclear Physics) Lorenzo Makkonen ilə görüş olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, Kvant nəzəriyyəsi sahəsində beynəlxalq aləmdə tanınmış mütəxəssis olan Lorenzo Makkonen barədə məlumat verib, onun ölkəmizə bir həftəlik səfəri çərçivəsində Fizika fakültəsinin tələbə, magistrant və doktorantlarına “Kvant mexanikası”, “Seçilməzlik prinsipi”, “Kvant nəzəriyyəsi”, “Bell nəzəriyyəsi”, “Postulatlar” mövzularında mühazirələr oxumasını yüksək dəyərləndirib. M.Ramazanov professorun dəyərli kitabların və müxtəlif bazalarda indekslənən jurnallarda (Web of Science, Scopus, Google Scholar və s.) çap olunmuş elmi məqalələrin müəllifi olduğunu xüsusi vurğulayıb.
Görüşdə universitetlərarası əlaqələrin əhəmiyyəti, o cümlədən birgə layihələrin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra professor L.Makkonen BDU-nun Nanoaraşdırmalar mərkəzində olub, həyata keçirdiyi layihələr barədə məlumat verib, “Kvant texnologiyası və onun müasir aspektləri” mövzusunda mühazirə oxuyub.


Bookmark and Share