Search

Axtarış


ELAN

27/06/2018
Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər!

Gənc alimlər Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçiblər

22/06/2018
Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə  Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.

BDU nun rektoru akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir

13/06/2018
BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı.  Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında  tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.

Təhsil Nazirliyinin Elmdən Təhsilə layihəsi çərçivəsində həyata keçirilən Novruz mühazirələrinin növbəti görüşü Bakı Dövlət Universitetində olub

28/02/2017

Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində həyata keçirilən “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində olub.Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb, bayram günlərində cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkür edib. Ötən müddət ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalara diqqət çəkən rektor “Kiçik zərrəciklərin böyük qüdrəti: nanotexnologiyalar” mövzusunda mühazirə demək üçün sözü BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti  Flora Hacıyevaya verib.

Dosent Flora Hacıyeva XXI əsrin texnologiyası hesab olunan nanotexnologiya, onun tarixi, inkişaf xronologiyası, dünyada əsas tətbiq imkanları, o cümlədən BDU-da bu sahənin inkişafı və əldəedilən nəticələr barədə məlumat verib. Bildirib ki,  universitetdə bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşıb, alimlərin araşdırmaları dünyanın bu istiqamətdə tədqiqat aparan mərkəzlərində çalışan mütəxəssislər, o cümlədən BDU-da mühazirə deyən Nobel mükafatları laureatları tərəfindən yüksək qiymətləndirilib. Mühazirəçi, eyni zamanda,  nanotexnologiyanın hərbi sənaye, tibb, ekologiya sahələrində tətbiqi, nanorobotların gələcək fəaliyyəti, ətraf mühitin qorunmasında robototexnikanın rolu, nanotoksikologiya ilə alınan məhsulların artması, tətbiq sahələrinin genişlənməsi, xüsusilə ətraf mühitin qorunması və tibbi praktikada tətbiqi,  aviasiya və kosmonavtikada istifadəsindən bəhs edib.

Mühazirədən sonra alim ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Novruz mühazirələri”nin əsas məqsədinin təhsil və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi olduğunu bildirib və Flora Hacıyevanın mühazirəsini yüksək qiymətləndirib. Tədbirdə millətvəkilləri, AMEA-nın müvafiq institutları, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri, Universitetin  İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri iştirak ediblər.

 

 

Bookmark and Share